Yuxarı

Hesablama Palatası Cəmil Quliyevi yoxlayır – Özəl

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hesablama Palatası İctimai Televiziya və Radio Yayımları Şirkətində yeni yoxlamalara başlayır.

"Axar.az"ı məlumatlandıran mənbənin sözlərinə görə, hələ 2013-cü ilin martında, İsmayıl Ömərov İctimai TV-nin baş direktoru olarkən Vergilər Nazirliyi tərəfindən yoxlama başlamışdı. Amma Cəmil Quliyevin baş direktor seçkisindən sonra vergi yoxlaması "donduruldu". "Dondurulan" yoxlamanın donu isə dekabrın 2-də açılacaq - 6 aydan sonra.

Qeyd edək ki, 2013-cü ilin may ayının 8-də Hesablama Palatasının kollegiya iclasında İctimai Televiziya və Radio Yayımları Şirkətinə dövlət büdcəsindən və digər mənbələrdən daxil olan vəsaitlərin istifadəsi üzrə audit proqramı müzakirə olunaraq təsdiq də edilib.

May ayında proqram təsdiq edilib, amma auditin nəticələri elan olunmayıb: necə ola bilər ki, vergi yoxlaması 6 ay müddətinə dondurulur və audit proqramı təsdiqləsə də, açıqlama verməkdən birmənalı imtina edir? Qanunvericilik buna imkan verirmi?

İctimai televiziyanın büdcəsi xalqın vergiləri hesabına formalaşdığından, bu barədə şəffaf açıqlamaların verilməsi vacibdir.

Ancaq təəssüf ki, Hesablama Palatası suallarımızı cavablandırmaqdan imtina etdi.

Bu, büdcə vəsaitinin təsdiqlənməsi ilə bağlıdır

"Axar.az"a danışan iqtisadçı ekspert Natiq Cəfərli isə hesab edir ki, yoxlamaların 6 aydan sonra yenidən başlanması səbəbini və ümumiyyətlə, 6 aylıq "dondurulmuş yoxlama" anlayışını izah etməkdə çətinlik çəksə də, ola bilsin ki, dekabrda başlayan yoxlama gələn il dövlət büdcəsindən İTV üçün ayrılan vəsaitin hesaba köçürülməsinin təsdiqlənməsi ilə bağlıdır:

"Dövlət büdcəsindən maliyyələşən qurumlara vaxtaşırı Hesablamalar Palatasının yoxlama aparılması onun vəzifə borcudur. Bu yoxlamalar olmadıqda, büdcə vəsaitlərinin necə xərclənməsi haqqında doğru-dürüst məlumat almaq mümkün olmur. Ona görə də çox güman ki, belə bir yoxlamaların aparılmaması və yaxud da ertələnməsinə hər hansı bir nüfuzlu şəxsin təsiri ola bilər. Onu da bildirim ki, Hesablama Palatası ən azından ilin sonuna qədər büdcədən ayrılan vəsaitlərin xərclənməsi ilə bağlı müəyyən arayışlar yazmalıdır. İlin sonuna da çox az müddət qalıb. Büdcədən maliyyələşən bir çox şirkətlər və yaxud hökumət idarələri bu arayışı almadan büdcədən maliyyələşmədə çətinliklə üzləşə bilər. Ona görə də düşünürəm ki, formal olsa da, İTV-də yoxlamalar aparılıb, arayış yazılacaq. Çünki büdcədən maliyyələşən hər hansı bir təşkilata ayrılan vəsaiti Hesablama Palatasından keçən il üçün verilən arayış şərtləndirir".

Tarix
2013.11.29 / 14:34
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla