Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 Noyabr 2018


Məktəb təmiri: sənədli evlər sökülür, əvəzi isə verilmir - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məktəblə evimiz arasında 8 metrlik yol üçün məsafə olmalıdır deyirlər. Mən təklif etdim ki, heç olmasa 6 metr edin, 8 metr olsa, mənim təkcə həyətim deyil, sənədli evimin mətbəxi, evimin bir hissəsi də söküləcək. Bu təklifimi nəzərə alacaqlarını bildirmişdilər. Ancaq icra başçısı xahişimizi rədd edib. Evimin bütün sənədləri olsa da, heç bir kompensasiya ödəmədən sökəcəklərini deyirlər.

Bu sözləri Axar.az-a Sabunçu rayonu Maştağa qəsəbəsində əsaslı təmirə dayanan 187 nömrəli məktəbin təmirinə görə evləri plana düşən, hasarları onlara heç bir xəbərdarlıq edilmədən sökülən sakinlərdən biri bildirib.

Şikayətçinin sözlərinə görə, evlərinin sökülməsinin dayandırılması ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinə etdikləri müraciət qəbul edilməyib. Şikayətçi bildirib ki, vəziyyətlə yerində tanış olmaq üçün Sabunçu RİH başçısı Adil Vəliyev də ərazidə olub, sakinlərlə görüşüb.

Şikayətçinin sözlərinə görə, məktəbdə işlər dayanmadan və fasiləsiz olaraq aparılır. Sakinlərin hasarlarının, evlərinin bir hissəsinin söküntüsünə də yaxın günlərdə başlayacaqlar. Bu səbəbdən sakinlər narahatdır və problemlərinin tezliklə həll edilməsi üçün icra başçısının qəbuluna gedəcəklərini bildiriblər:

“Hazırda məktəblə mənim evim arasında 3 metr məsafə var. İstənilən avtomobil asan şəkildə keçə bilir. Lakin deyirlər yol 8 metr genişləndirilməlidir. Mən əvvəldən də bildirdim ki, bu təqdirdə mənim evimin yarısı da sökülməlidir. Yaxşı, mənim sənədli evimin yarısını sökürsünüz, bəs buna görə mənim kompensasiyamı niyə ödəmirsiniz? Mən əziyyət çəkib sənədli-sübutlu ev tikmişəm, təmir etmişəm”.

Şikayətçi bildirib ki, evlərinin söküntüsü zamanı onların əllərində olan sənədlərə də baxmırlar, evlərin kupçalı olmasına da məhəl qoyan yoxdur:

“Mənim evimin kupçası var. Məndən almaq istədikləri 6 metrlik sahənin mənə aid olduğunu sübut edən sənədləri də təqdim etmişəm. Ancaq icradan bildiriblər ki, o sənədləri qoyun kənara, saxtadır”.

Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbə nümayəndəliyindən bildirilib ki, heç bir iş sənədsiz aparılmır və qanunsuz olaraq kiminsə çəpəri sökülə bilməz.

İcra nümayəndəsinin sözlərinə görə, həmin ərazidə qanunsuz tikililər var, onlar məktəbin ərazisi hesab edilir. Ona görə də təmir zamanı qanunsuz zəbt edən şəxslərin evləri sökülərək, məktəbin həyətinə qatılacaq.

Tarix
2018.07.12 / 13:56
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Загрузка...
Digər xəbərlər

Feysbuk və İnstaqram çökdü: Milyonlarla istifadəçi...

İlahiyyat İnstitutunun rektoru: İşimiz çox ağırdır

Kanalizasiyadan nələr çıxır? - “Azərsu” açıqladı

Şəkidə müəllim və şagirdlər zəhərləndi - AQTA-dan açıqlama

Usubov iki jurnalisti mükafatlandırdı - Foto

Binəqədidəki yanğına görə həbs edilən rəis azadlığa çıxdı

Gəncədə dəhşətli partlayış: ölənlərin sayı artdı - Video/23+

Sabah bu ərazidə işıq olmayacaq

Abel Məhərrəmovun milyonluq mülklərinin - Siyahısı

Bakıda bu marşrutun fəaliyyəti dayandırılır

KULT
<>
Xəbər xətti
 
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla