Yuxarı

“Azercell”in 4G şəbəkəsi daha 5 bölgə boyu genişləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keyfiyyətli və innovativ xidmətləri ilə fərqlənən Azərbayanın lider mobil operatoru Azercell Telekom ölkəmiz boyu 4G şəbəkəsini genişləndirməkdə davam edir. Şirkət daha 5 şəhərdə - Ağcabədi, Balakən, Qəbələ, Quba və Tovuzda 4G şəbəkəsini qurdu və bununla da yüksək sürətli mobil internet xidmətlərindən istifadəni ümumilikdə respublikanın 12 bölgəsində mümkün edib.

Axar.az xatırladır ki, bundan öncə “Azercell”in 4G xidmətləri Gəncə, Şirvan, Şəmkir, Bərdə, Lənkəran, Masallı və Cəlilabadda artıq mövcud idi. Eyni zamanda, “Azercell” Bakı və bölgələrdə 4G stansiyalarının sayını 2018 ci il ərzində 2 dəfə artıraraq abunəçilərinə bu xidmətin üstünlüklərindən yararlanmaq imkanı verdi. Belə ki, təkcə bu ilin ilk 6 ayı ərzində toplam 113 olmaqla, Bakıda 26, Sumqayıtda 28, Abşeronda 12, Ağcabədidə 8, Balakəndə 7, Cəlilabadda 5, Masallıda 6, Qəbələdə 8, Qubada 7 və Tovuzda 6 LTE şəbəkəsi üzərində çalışan stansiya quraşdırılıb. Hazırda “Azercell” toplam 2826 2G, 2208 3G və 663 4G stansiyaları sayəsində bütün abunəçilərini yüksək keyfiyyətli mobil rabitə xidməti ilə təmin edir.

Qeyd edək ki, artıq 4G-ni dəstəkləyən həm Sim kartı, həm də mobil cihazı olan Azercell abunəçiləri Azercell müştəri xidmətləri mərkəzlərinə müraciət etmədən 4G xidmətindən yararlana biləcəklər. Bunun üçün abunəçinin istifadə etdiyi cihazda sadəcə 4G-ni seçməsi yetərilidir.

Azercell şirkəti bu ilin sonuna kimi 4G şəbəkəsinin coğrafiyasını Azərbaycanın əksər bölgələri və şəhərləri boyu genişləndirməyi planlaşdırır. Bu ilin sonuna kimi Bakı, Abşeron ərazisində daha 300 ədəd və bölgələrdə toplam 182 ədəd 4G stansiyasının qurulması nəzərdə tutulub.

Ölkədə 4G xidmətini ilk dəfə abunəçilərinə təqdim edən və Azərbaycanın bütün bölgələrini yüksək sürətli mobil internetlə təmin etməyi hədəfləyən Azercell-in 4G internet istifadəçilərinin sayı əvvəlki illərlə müqayisədə 3 dəfə artıb, mobil internetdən istifadə həcmi isə 50% çoxalıb.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.

Tarix
2018.07.16 / 17:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla