Yuxarı

Publika.az-ın əməkdaşı birinci oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Azərbaycan milli mətbuatının 143-cü ildönümü münasibətilə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkilləri, KİV rəhbərləri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirib ki, müsabiqədə 66 kütləvi informasiya vasitəsi iştirak edib və müsabiqəyə 162 yazı daxil olub:

"Yazılar ekspertlər tərəfindən qiymətləndirilib və hər istiqamətdə 6 yazı qalib elan olunub. Birinci yer üzrə 1, ikinci yer üzrə 2, 3-cü yer üzrə isə 3 yer müəyyən edilib. Ümumilikdə 19 istiqamət üzrə 114 yazı qalib elan olunub".

Qeyd edək ki, müsabiqədə I yeri Publika.az xəbər portalının əməkdaşı Asif Nərimanlı tutub.

Tarix
2018.07.20 / 21:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla