Yuxarı

Xanım başçı rəis və prokurorla birgə... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Abşeron rayonun icra başçısı İradə Gülməmmədova Mehdiabad qəsəbəsində sakinlərlə növbəti görüşünü keçirib.

Bu barədə Axar.az-a Mehdiabad qəsəbəsinin sakini olan tanınmış ictimai-siyasi fəal, BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı məlumat verib. O bildirib ki, ümumiyyətlə, icra başçısı Abşeron rayonunun qəsəbə və kəndlərində tez-tez görüş keçirir:

"Bu, çox yaxşı bir ənənədir ki, icra başçısı vaxtaşırı yerlərdə olar, problemləri hər kəsin öz dilindən eşidir və yerindəcə həll edir. Bu, İradə xanımın 2 il ərzində Mehdiabad qəsəbəsində sakinlərlə 6-cı görüşü idi. Bu görüşlərin əhəmiyyəti həm də ondadır ki, rayonda çalışan digər dövlət strukturlarının rəhbərləri, polis rəisi, rayon prokuroru, rayon məhkəməsinin sədri və büdcə təşkilatlarının rəhbərləri də orda iştirak edir, bu isə problemlərin birbaşa həllinə şərait yaradır".

N.Orduxanlı qəsəbənin sosial problemlərinin də gündəmə gəldiyini, onların həlli üçün İradə Gülməmmədovanın ölkənin baş nazirinə, "Azərsu" rəhbərliyinə rəsmi olaraq müraciət edəcəyini bildirdiyini vurğulayıb.

Tarix
2018.07.21 / 00:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla