Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Noyabr 2018


Sabahın havası: güclü külək, yağış... – Xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ərazisində sentyabrın 11-nə olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 19-23, gündüz 26-30, Bakıda gecə 20-22, gündüz 28-30 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində sentyabrın 12-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək. Şimal-qərb küləyi gün ərzində arabir güclənəcək.

Azərbaycanın rayonlarında sentyabrın 12-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, sentyabrın 12-də Abşeron yarımadasında arabir güclənən mülayim xəzri küləyi fonunda komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

ETSN xəbərdarlıq edir ki, sentyabrın 12-dən 13-ü səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Sentyabrın 12-də bəzi şimal və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Yağışın intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Tarix
2018.09.11 / 12:51
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

SOCAR bu ölkədə neft və qaz sərgisində - Foto

“Bakcell” "ASAN Məktub"dan təşəkkürnamə aldı - Foto

Azərbaycanda bu bələdiyyələrin adı dəyişdirilir – Siyahı

Sabirabadda torpaq sahibləri birləşib… - Nazirlik

Yük maşınlarının Bakıya gecə “hücumu”… - Şərh

Deputat daha dörd ölkənin fəalları ilə bir arada - Foto

Nazirdən aktyorun direktoru döyməsinə - Reaksiya

Xaricdə təhsil alanların imtiyazları var - Nazir

Kərimov əmr imzaladı: yeni təyinat

Nazir bu gənclərin taleyindən danışdı

KULT
<>
Xəbər xətti
 
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla