Yuxarı

Elektrovoz relsdən çıxdı: Bakıya gələn qatarlar gecikir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dəmir yolu ilə ölkənin qərb istiqamətindən Bakıya gələn qatarların hərəkət qrafikində böyük gecikmə yaranıb.

Axar.az Milli.az-a istinadən xəbər verir ki, gecikmə çox uzun çəkdiyindən qatarlarda bəzilərinin halı da pisləşib.

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib ki, gecikmə həmin yolda baş vermiş qəza ilə bağlıdır:

"Böyük Kəsikdən Bakıya gələn 665 saylı sərnişin qatarı sentyabrın 22-si saat 02:27 radələrində Ucar rayonu Müsüslü stansiyasından keçərkən elektrovoz relsdən çıxıb. Qəza zamanı hər hansı xəsarət hadisəsi qeydə alınmayıb.

Sərnişinlərin Bakıya çatdırılmasını təmin etmək üçün onlar arxadan gələn qatara yerləşdirilib. Böyük Kəsikdən gələn qatarda sərnişinlərin sayı çox olmadığına görə bu, elə də ciddi problem yaratmayıb. Qəzaya uğramış lokomotiv dəmir yolunun qəza briqadası tərəfindən yoldan çıxarılıb, qatarların hərəkəti tam bərpa edilib. Bununla əlaqədar qatarların hərəkətində təxminən 3 saatlıq gecikmə qeydə alınıb. Hazırda qərb istiqamətindən gələn qatarlar Bakıya yaxınlaşırlar".

Şöbə rəisi əlavə edib ki, qəzanın başvermə səbəbinin araşdırılması üçün komissiya yaradılıb.

Tarix
2018.09.22 / 11:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla