Yuxarı

Rusiya Vertolyotlarının Bakıda servis mərkəzi işə başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018.09.25, 15:40

“Rusiya Vertolyotları” holdinqi ilə Azərbaycanın “Silk Vey Helikopter Servises” şirkətinin birgə xidmət mərkəzi fəaliyyətə başlayıb.

Axar.az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə açıqlamasında “Rusiya Vertolyotları” holdinqinin baş direktor müavini İqor Çeçikov deyib.

“Bu layihə üzrə işlərimiz plan üzrə gedir. Bu ilin iyununda biz artıq “Silk Vey”lə birgə onlara məxsus olan bir vertolyotu təmir etmişik. Hazırda ikinci vertolyotun təmiri aparılır. Bu gücün mərhələli şəkildə artırılmasıdır”, – deyə o bildirib.

O, hazırda xidmət mərkəzindəki personalın təliminin aparıldığını və buraya yeni qurğuların tədarükünün planlaşdırıldığını söyləyib:

“Bir il əvvəl Azərbaycan tərəfindən olan tərəfdaşımız öz gücünü artırıb. Bu mərkəz hələlik sahə təmirlərinin icrası üçün baza meydanıdır. Əgər bundan sonra inkişaf olsa, yeni mərkəz tamtəminatlı xidmət və təmir mərkəzinə çevrilə bilər”.

Qeyd edək ki, ADEX-2016 sərgisində “Rusiya Vertolyotları” “Silk Vey Helikopter Servises”lə Azərbaycanda Rusiyanın Mi-8/17 mülki vertolyotlarının təmiri üçün birgə müəssisənin yaradılması haqqında müqavilə imzalamışdı.

Tarix
2018.09.27 / 12:19
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla