Yuxarı

Dini mərasimlər zamanı 4 vacib şərt - PA rəsmisi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:16

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) “Dini mərasimlər: tarix, ənənə və hüquq” mövzusunda konfransı öz işinə başlayıb.

Axar.az xəbər verir ki, “Dubay” otelin konfrans zalında baş tutan mərasimdə qurumun sədri Mübariz Qurbanlı açılış edib.

O bildirib ki, bu mərasimlərdə vətəndaşlara heç bir hüquqi məsuliyyət düşmür: "Bu, birbaşa mənəviyyat məsələsidir. Bəzən ali təhsilli, dünyagörüşlü insanlar bu mərasimlərin keçirilməsi zamanı israfçılığa yol verir. "Camaat nə deyər" prinsipi insanları səhv etməyə sövq edir. Bu isə düzgün deyil. Hər bir şəxs düşünməlidir ki, "Allah nə deyir? Dinimiz nə buyurur?" Bu gün müasir insan dindən başqa məqsədlərlə istifadə etməyə cəhd edərsə, əlbəttə ki, bu məsələyə dövlət müdaxilə edəcək. Azərbaycanda bu kimi hallara rast gəlinmir. Lakin maarifləndirmə aparılmazsa, dünya ölkələrində baş verən bu kimi hallar bizə də yansıya bilər"

***

Daha sonra Azərbaycan İlahiyyat İnstitutunun prorektoru Aqil Şirinov dini mərasimlərin tarixindən danışaraq, onların qədim zamanlarda keçirilmə prosesindən söhbət açıb.

Millət vəkili Siyavuş Novruzov isə bildirib ki, dini mərasimlər qanun çərçivəsində tənzimlənməlidir:

“Kitabi Dədə Qorqud”u götürsək, orada bütün mərasimlərin tamam başqa formada keçirildiyini görürük. Türkçülük, islamçılıq, müasirlik - elə etməliyik ki, bunlar mərasimlərdə atributa çevrilsin. Mərasimlərin sadələşdirilməsi, israfçılığa yol verilməməsi vacibdir.

Cəmiyyəti inandırmalıyıq ki, keçirdikləri mərasimlərin çoxu Quranda öz əksini tapmayıb. Bu gün nikahlarla bağlı problem yaşayırıq. Düzdür, dini nikahlara hörmətlə yanaşırıq, amma Azərbaycanın nikaha girməklə bağlı qanunda yaş həddi var və buna əməl edilməlidir. Əsas qanunvericilikdir. Biz çalışmalıyıq ki, insanlar dini mərasim keçirdikdən sonra borc içində yaşamasın”.

Konfrans davam edir.

***

Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin aparıcı məsləhətçisi Anar Əlizadə deyib ki, Azərbaycanda dövlət-din münasibətləri dünyəvi prinsiplər üzərində qurulur:

“İstər müsəlman, istər qeyri-müsəlman - hər kəsə dini mərasimlərin azad keçirilməsi üçün şərait yaradılıb. Bu o deməkdir ki, Azərbaycanda vicdan azadlığı təmin olunur. Hesab edirəm ki, dini mərasimlər zamanı 4 əsas prinsip yerinə yetirilməlidir: Dini mərasimlər ictimai asayişi pozmamalıdır. İkincisi, dini mərasimlər milli adət-ənənələr uyğun olmalıdır. Azərbaycanın milli kimliyini məhv etmək məqsədi ilə yad dini təsirlərin müdaxiləsi yolverilməzdir. Üçüncüsü, dini mərasimlərdə siyasi çağırışlar səsləndirilməməlidir. Dördüncüsü isə dini mərasimlər yerinə yetirilərkən xurafatçılığa, ifratçılığa yol verilməməlidir”.

PA rəsmisi bildirib ki, dini maarifləndirmə tədbirlərinin aparılması neqativ halların ildən-ilə azalmasına səbəb olub. Bu işdə QMİ və DQİDK-nin rolu böyükdür.

Tarix
2018.10.15 / 13:56
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla