Yuxarı

Qadınlarla bağlı bu məsələ prezidentin diqqətindədir - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası ilə birgə Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində “Üfüqdə yeni fürsətlər: qadın sahibkarlara yaşıl işıq!” adlı konfrans keçirib.

Axar.az xəbər verir ki, konfransda Baş nazirin müavini Əli Əhmədov, Ailə Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının idarə heyətinin sədri Səkinə Babayeva, qadın sahibkarlar və media nümayəndələri iştirak edib.

Hicran Hüseynova bildirib ki, Azərbaycanda bu gün sahibkarlığa çox böyük dəstək var:

“Ölkəmiz bu sahədə bir çox beynəlxalq konvensiyaya qoşulub. Bu konvensiyalarda ölkəmiz üçün vacib məsələlər, xüsusilə gender problemi də yer alır”.

H.Hüsyenova qeyd edib ki, əvvəllər Azərbaycanda qadın sahibkarlar 4 faiz təşkil edirdisə, indi bu rəqəm 30 faizə çatıb:

“Son 15 ildə Azərbaycanda 4060-dan çox qadın sahibkara 72.5 milyon manat kredit verilib. Bu da o deməkdir ki, Azərbaycanda bu istiqamətdə böyük dəyişikliklər gedir”.

Baş nazirin müavini Əli Əhmədov qadınların sahibkarlıq fəaliyyətinə dəstəyin verilməsinin Azərbaycan hökuməti və Prezident İlham Əliyevin diqqətində olduğunu bildirib:

“Harada qadın fəallığı yüksək inkişaf edibsə, orada ictimai tərəqqinin yüksək pilləyə çatması barədə fikir söyləmək mümkündür. Azərbaycanda qadın ictimai həyatın bütün sahələrində iştirak edir. Bunun ən vacib tərkib hissələrindən biri də qadınların məşğulluğudur. Təhsildə, səhiyyədə qadınlar iştirak payına görə kişilərdən yüksək səviyyədə dayanır. Biz qadınlarımızın ictimai həyatın bütün sahələrində bərabər təmsil olunmalarını istəyirik və bunu təşviq edirik.

Azərbaycan hökuməti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vasitəsilə özünəməşğulluq üçün maliyyə vəsaiti ayırmağı nəzərdə tutub.

Qadınlar nə qədər fəallaşacaqlarsa, bütövlükdə Azərbaycanda əhalinin azadlıq dərəcəsi, həyatımızın inkişaf səviyyəsi yüksəlmiş olacaq. Assosiasiyaya, sahibkarlıqla məşğul olan qadınlara fəaliyyətlərində uğurlar arzulayıram. Biz istəyirik, qadın-kişi bərabərliyi təkcə qanunda deyil, həyatın bütün sahələrində öz əksini tapsın”.

Tarix
2018.11.15 / 12:09
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla