Yuxarı

Bakıda 10 min mənzil istiliksiz qalacaq – Səbəb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən etibarən qış rejiminə keçilsə də, Bakı şəhərində bir çox mənzilə istilik verilməyəcək.

Axar.az xəbər verir ki, bu barədə Azəristiliktəchizat ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev bildirib. Onun sözlərinə görə, bəzi binalara istiliyin verilməməsinə görə “Azəristiliktəchizat” məsuliyyət daşımır:

“Bakı ərazisində 550 qazanxana, 90 istilik məntəqəsi işə salınıb. “Azəristiliktəchizat"ın balansında olan binalar istiliklə təchiz ediləcək.

3800 yaşayış binası, eyni zamanda “Azəristiliktəchizat”ın xidmət zonasına daxil olan bütün məktəb, uşaq bağçası, səhiyyə müəssisələri və digər sosial təsərrüfat obyektlərinin istiliklə təmin olunması nəzərdə tutulub. Qazanxanalar tam rejimdə fəaliyyətlərini davam etdirəcəklər.

Bəzi mənzillərə istiliyin verilməməsi binadaxili sistemdəki problemlərlə bağlıdır və buna görə də biz məsuliyyət daşımırıq. Burada məsuliyyət rayon Mənzil Kommunal Təsərrüfat birliklərinin üzərinə düşür”.

Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentin əməkdaşı Elçin Həşimov saytımıza bildirib ki, Bakıda təqribən 10 mindən artıq mənzilə istilik vermək mümkün olmayacaq. Buna səbəb mənzil sahibləri tərəfindən istilik sisteminə aid dik dayaqların kəsilməsidir:

“Binanın girişində bir sakin mənzilində təmir vaxtı və ya digər səbəbdən dik dayağı kəsibsə, həmin mənzilin altında və ya üstündə olan mənzillərin istiliklə təmin olunması mümkün deyil. Yəni bir mənzil sahibinin səhlənkarlığı üzündən həmin mənzilin aşağısında və üstündə yerləşən mənzillər istiliksiz qalacaq.

Bunlara qarşı tədbirlər görürük. Ancaq təsir mexanizmimiz yoxdur. Yeganə çarə məhkəməyə müraciət etməkdir. Məhkəmə qərarı ilə dayaqların bərpası həmin sakinin vəsaiti hesabına həyata keçrilməlidir”.

Qeyd edək ki, bu gündən etibarən qış rejiminə keçidlə əlaqədar mərkəzləşdirilmiş istilik sistemi işə salınıb. Respubilka üzrə 2 milyon 160 mindən çox abonenti fasiləsiz istiliklə təmin etmək üçün hazırlıqlar başa çatıb.

Tarix
2018.11.15 / 12:41
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla