Yuxarı

MM-ə 27 milyon ayrıldı, deputatlar birini də istədi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün parlamentdə Milli Məclisin 2019-cu il üçün xərclər smetası haqqında məsələyə baxılıb.

Axar.az xəbər verir ki, Milli Məclisin İşlər İdarəsinin rəhbəri Firudin Hacıyev 2019-ci ilin dövlət büdcəsində parlamentin xərclər smetasının layihəsinin təqdim edildiyini bildirib. Onun sözlərinə görə, 2019-cu il dövlət büdcəsindən Milli Məclis üçün 27 milyon 69 min 600 manat nəzərdə tutulub. Bu məbləğin 60 faizindən çoxunu əməkhaqqı təşkil edir.

Qeyd edilib ki, xarici ölkələrdən gələn qonaqlar, Azərbaycan deputatlarının xarici ölkələrə səfərləri, eləcə də ölkədaxili səfərləri artıb. Bu səbəbdən də hökumətə təklif edilib ki, Milli Məclisin 2019-cu il üçün xərclər smetasının bəzi paraqrafları üzrə maliyyə artırılsın. Konkret olaraq dəftərxana üçün 50 min manat, xarici ezamiyyətlər paraqrafı üzrə 200 min manat, avadanlıqların alınması üçün 150 min manat, icarə və muzdlu xərclər paraqrafı üzrə 200 min manat, parlamentin avtoparkının maddi texniki bazası üçün 200 min manat əlavə vəsait istənilib.

Tarix
2018.11.15 / 12:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla