Yuxarı

Bakıda Xəzər İnnovasiya Konfransı işə başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakutel-2018" beynəlxalq sərgisi çərçivəsində dekabrın 5-də Bakıda Xəzər İnnovasiya Konfransı keçirilir.

Axar.az xəbər verir ki, “Dayanıqlı İnkişaf naminə Rəqəmsal Bağlantı” mövzusunda təşkil olunan konfrans rəqəmsal uçurumun azaldılması, xarici investisiyalar üçün rəqəmsal bağlantı imkanlarının yenidən nəzərdən keçirilməsi və biznes səmərəliliyinin təmin edilməsi məqsədilə hökumət nümayəndələrini, sənaye liderlərini, tənzimləyici qurumların və beynəlxalq təşkilatların rəsmilərini, o cümlədən regionun ən böyük telefon və peyk operatorlarının rəhbərlərini bir araya gətirib.

Konfransda İKT sektorunun iştirakçıları arasında səmərəli əməkdaşlıq imkanları, həmçinin müvafiq sahə üzrə çağırışlar müzakirə olunur.

Regional platforma rolunu oynayacaq konfrans “Genişzolaqlı bağlantı”, “Süni İntellekt”, “Əşyaların İnterneti”, “Elektron xidmətlər”, “İKT əsaslı startaplar və innovativ sahibkarlıq”, “Dördüncü Sənaye İnqilabı”, “Elmtutumlu istehsalat” və “Kiberhazırlıq” kimi mövzuları əhatə edir.

Tarix
2018.12.05 / 10:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla