Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
13 Dekabr 2018


Azərbaycanlı molla qəbiristanlıqda döyüldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun Daştəpə kəndinin mollası Eldəniz Sadıqov döyülüb.

Report xəbər verir ki, hadisə dekabrın 5-də səhər saatlarına kənd qəbirstanlığında baş verib.

E.Sadıqov həmkəndilisi Mirəli Həsənov tərəfindən döyüldüyünü bildirib. O hesab edir ki, döyülməsinə Feysbuk sosial şəbəkəsində yerləşdirdiyi və Daxili İşlər Nazirliyinin əməkdaşlarından narazılığını ifadə etdiyi video müraciət səbəb olub. Xəsarət alan şəxs bildirib ki, polis artıq bir aydır onun evindən qiymətli əşyaların oğurlanması ilə bağlı cinayətin üstünü aça bilmir.

Molla döyülməsi ilə bağlı “112” xidmətinə zəng vursa da, polis faktla bağlı araşdırmaya başlamayıb. E.Sadıqov özü polis bölməsinə gedəndən sonra polis araşdırmaya başlayıb.

Gürcüstanın Daxili İşlər Nazirliyi E.Sadıqovun ittihamlarını qəbul etməyib.

Nazirlik faktla bağlı zorakılıq maddəsi üzrə cinayət işi başlayıb.

Polis mollanın döyülməsində şübhəli bilinən M.Həsənovu artıq dindirib. Onu günahı sübuta yetiriləcəyi təqdirdə cərimə və ya 120 saatdan 180 saatadək ictimai işlər, 6 aydan 1 ilədək ev dustaqlığı yaxud da 1 il müddətinə həbs cəzası gözləyir.

E.Sadıqov hazırda Marneulidə xəstəxanada müalicə olunur. Həkimlər onun vəziyyətini sabit kimi qiymətləndirirlər.

Tarix
2018.12.06 / 13:20
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Türkiyə mediası ümummilli liderdən yazdı

Xələf Xələfova yüksək vəzifə verildi - Sərəncam

Prezidentdən 8 sərəncam: Xələfov işdən çıxarıldı

Qarabağ xanlığının silahları tapıldı - Foto

Məmmədyarov moldovalı həmkarı ilə görüşdü

Mühüm layihə: Sakinlərə pulsuz avadanlıq verildi - Rəsmi

Lənkəranda 45 yaşlı balıqçı itkin düşdü

“DaimOnline” kampaniyası daha iki universitetdə - Foto

Azərbaycanda vəzifəli şəxsin 2 minlik saatı oğurlandı

Rusiyadan ov silahı gətirən şəxs tutuldu

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla