Yuxarı

Qanunsuz ov edənlər özləri “ovlandı”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə ərazisində qadağan olunmuş ərazilərdə qanunsuz ov edən bir neçə şəxs nazirlik tərəfindən cərimələnib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinindın Axar.az-a verilən məlumata görə, ötən ayın sonunda keçirilən reydlər zamanı qanunsuz ov edən bir neçə şəxs saxlanılıb.

Zaqatala rayonunun Valdar kəndi ərazisində qanunsuz ovla məşğul olan kənd sakini Vüsal Əliyev və Ağcabədi rayonu Avşar kəndi ərazisində qanunsuz ov edən şəhər sakini Həsən Məmmədov saxlanılaraq onlardan 2 ədəd ov tüfəngi və 29 ədəd patron götürülüb. İnzibati xətaya yol vermiş qanun pozucuları barəsində müvafiq qaydada akt və protokollar tərtib edilərək hər biri 1000 manat məbləğində cərimə edilib.

Samux Dövlət Ovçuluq Təsərrüfatının ərazisində keçirilmiş reyd zamanı qanunsuz ov edən Şəmkir rayon Kür qəsəbəsi sakini Rüfət Hüseynov və Bakı şəhər sakini Elnur Salahov saxlanılaraq onlardan 2 ədəd ov tüfəngi və 4 ədəd patron götürülüb. Qanun pozucuları barəsində müvafiq akt və protokollar tərtib olunaraq hər biri inzibati qaydada 1000 manat məbləğində cərimə olunub.

Həmçinin, Korçay Dövlət Təbiət Qoruğu ərazisində qanunsuz ovla məşğul olan Goranboy rayon Qazaxlar kənd sakini Mahir Xəlilov və Ağgöl Milli Parkının ərazisində qanunsuz ov edən İmişli rayonu Yalavac kənd sakini Gürşad Əliyev saxlanılaraq onlardan 2 ədəd ov tüfəngi və 2 ədəd patron götürülüb. İnzibati xətaya yol vermiş qanun pozucuları barəsində müvafiq qaydada akt və protokollar tərtib edilərək hər biri 1000 manat məbləğində cərimə edilib.

Nazirlik reydləri davam etdirir.

Tarix
2014.11.03 / 14:30
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla