Yuxarı

3 ay kurs keç, məktəb direktoru ol – Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünəndən "Feysbuk" sosial şəbəkəsində Təhsil Nazirliyinin məktəblərə direktor seçilməsi ilə bağlı maraqlı təşəbbüs qaldırdığı haqqında xəbərlər yayılıb. Guya, 3 ay pedaqoji kurs keçən istənilən adam direktor ola biləcək.

Bu xəbəri "ANS" TV-nin "İç Xəbər" verilişində aparıcı deyib. Bu xəbərə ziyalı təbəqə nümayəndələri haqlı olaraq sərt reaksiya versələr də, məsələyə bir az da ironik yanaşıblar. Ərəstun Oruclu və Aynur Zərrintacın məsələyə münasibətlərini təqdim edirik.

Ərəstun Oruclu məsələyə bir az ironik yanaşır:

"Müəllim olmayan istənilən şəxs 3 aylıq kurs keçdikdən sonra məktəb direktoru ola biləcək. Təhsil Nazirliyindən gələn bu nəcib təşəbbüs nədənsə bəzi insanlarımız tərəfindən süngüylə qarşılandı. Niyə, düzü anlamıram? Çobandan icra başçısı, "kqbşnik"dən molla ola bilər, amma məsələn, alverçidən və ya sürücüdən məktəb direktoru yox? Anlamıram bu məntiqi..."

Aynur Zərrintac bu xəbərin acı nəticə doğuracağını belə ifadə etdi:

"ANS-in xəbərində Təhsil Nazirliyinin yeni ideyasını - təhsil menecerlərinin hazırlanması xəbərini eşitdim. İstənilən şəxs 3 aylıq kurs hazırlığı keçməklə məktəbə direktor ola biləcək. Əgər mən fikirləşdiyimdisə, böyrü üstə olan evimizin olan-qalan taxtalarını da külək apardı, deməli".

"İç Xəbər" verilişi aparıcısının "gələn ildən istənilən şəxs kurs keçməklə direktor ola biləcək, yəni, ixtisasından asılı olmayaraq hər kəs - həkim də, iqtisadçı da Təhsil Nazirliyinin təşkil etdiyi 3 aylıq pedaqoji kursu keçməklə direktor ola biləcək" kimi fikirləri yanlış olsa da, reportajda və Təhsil nazirinin açıqlamasında məsələ aydınlaşır: İstənilən ixtisasa sahib Ali təhsilli şəxs 3 ay kurs keçməklə "Təhsil meneceri", kurs keçən və eyni zamanda 5 illik pedaqoji təcrübəsi olan şəxslər isə direktor ola biləcək.

Üç ay, gündə 3 saat

Qeyd edək ki, 26 noyabrda Təhsil Nazirliyi Qafqaz Universiteti ilə əməkdaşlıq çərçivəsində məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün müsabiqə elan etmişdi.

Təhsil Nazirliyinin rəsmi saytına istinadən deyə bilərik ki, təlimlərin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, zəruri pedaqoji və psixoloji bilikləri olan, strateji düşüncə tərzi sərgiləyən ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək məktəb direktorları yetişdirmək olaraq göstərilir.

Elanda qeyd edilir ki, təlimlərin müddəti 2014-cü il yanvarın 21-dən aprelin 21-inə qədərdir. Dərslər isə gündə 3 saat (həftəlik 15 saat) olmaqla, həftənin 5 günü təşkil ediləcək.

Müsabiqədə iştirak üçün minimum Ali pedaqoji təhsil5 illik pedaqoji təcrübə lazımdır.

Rəsmi münasibət

Məsələylə bağlı "Axar.az"a açıqlama verən Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev bildirdi ki, belə bir təklif var:

"ANS-də kimin nə danışdığı barədə dəqiq məlumatım yoxdur. Ya açıqlama verən adam nələrisə yanlış deyib, ya da tamaşaçılar yanlış anlayıb. Pedaqoji fəaliyyəti olmayan heç kim direktor ola bilməz. İstənilən adamın 3 aylıq pedaqoji kurs keçəndən sonra direktor işləməsi qeyri-mümkündür".

Tarix
2013.12.05 / 15:32
Müəllif
Nilüfər Muğantürk
Şərhlər
Digər xəbərlər

Əliyevlə Şoltsun təkbətək görüşü başladı

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla