Yuxarı

Sürücülərin aldığı SMS-lər pullu olacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda yolların müvəqqəti bağlanmasına dair SMS məlumatlandırma qaydaları təsdiqlənib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Axar.az-a verilən məlumata görə, Nazirlər Kabineti "Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı SMS məlumatlandırma Qaydaları"nı təsdiqləyib.

Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların qısa mesaj (SMS) vasitəsilə göndərilməsi üzrə xidmətlər elektron formada göstərilir. Həmin məlumatlar müvafiq xidmətə abunə olmaq və ya SMS sorğu göndərməklə əldə edilir.

Həmin məlumatların SMS vasitəsilə göndərilməsi üzrə xidmətlər ödənişlidir. Aylıq abunə haqqı və bir SMS-in qiyməti Nəqliyyat Nazirliyi ilə sellülar (mobil) telekommunikasiya operatorları arasında bağlanmış müqavilə ilə müəyyən olunur.

Sözügedən xidmət nazirliyin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən təmin edilir.

Qeyd edək ki, yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların tərkibini Nəqliyyat Nazirliyinin balansında olan respublika və yerli əhəmiyyətli, habelə Bakı şəhərində yerləşən avtomobil yollarında və küçələrdə yenidən qurulma və təmir, dövlət tədbirlərinin keçirilməsi və qəzaların olması kimi hallar təşkil edir.

Tarix
2014.12.13 / 14:40
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla