Yuxarı

Sığortada səhv etdi, qəzada pul ala bilmədi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ötən il 90 SC 629 dövlət nömrə nişanlı "Lada Grand" markalı avtomobil almışam. Bu ilin sentyabrında Sabirabaddan Şirvana qayıdarkən maşının sağ tərəfində olan çarx sıradan çıxdı, avtomobil aşaraq yararsız hala düşdü. Mənim də "Beynəlxalq Sığorta" şirkətində "kasko" sığortam var. Ancaq bu günə kimi şirkət mənə dəyən zərəri ödəməkdən boyun qaçırır".

Bu sözləri Şirvan sakini Natiq Kişiyev Axar.az-a göndərdiyi şikayət məktubunda yazıb. Onun sözlərinə görə, şirkət sığorta müqaviləsində onun adının yazılmadığını bəhanə edib:

"Şirkətin mövqeyindən belə çıxır ki, maşını idarə etmək üçün hər kimə etibarnamə verilibsə, adları sığorta müqaviləsində göstərilməlidir. Ancaq mən avtomobili qanunla idarə etmişəm. Şikayət məktublarımı Maliyyə Nazirliyinin Sığortalara Nəzarət İdarəsinə də göndərdim. İdarədən də bildirildi ki, sığorta müqaviləsində adım yoxdur, pul ödənilməyəcək.

Mənə məhkəməyə müraciət etməyi məsləhət gördülər. Maşın Beynəlxalq Bankda kreditdə olduğuna görə ora da müraciət etdim. Bankdan mənə deyildi ki, bank səhlənkarlıq edib, sığorta şirkətinə və sizə vaxtında məlumat verməyib ki, adınız qeyd edilməyib. İndi mən çarəsiz vəziyyətdə qalmışam və "kasko" sığorta olduğu halda təzminat ödənilmir".

Beynəlxalq Sığorta Şirkəti Axar.az-ın sorğusuna cavab verib. Kompaniyanın Sığortalıların və digər Müştərilərin Şikayətləri üzrə Komissiyasının sədri, İdarə Heyəti sədrinin müavini İlham Ağayevin imzası ilə daxil olan məktubda şirkətin Natiq Kişiyev qarşısında heç bir müqavilə öhdəliyi olmadığı bildirilib:

"Sorğunuza cavab olaraq bildiririk ki, VAZ 21901 markalı 90 SC 629 dövlət qeydiyyat nişanlı avtomobillə bağlı "Beynəlxalq Sığorta Şirkəti" ASC-nin vətəndaş Natiq Kişiyev qarşısında heç bir müqavilə öhdəliyi mövcud deyildir. Belə ki, qeyd olunan avtonəqliyyat vasitəsinin sahibi tərəfindən nə müqavilə imzalanarkən, nə də müqavilənin qüvvədə olduğu dövrdə avtomobili idarə edəcək sürücülər sırasına N.Kişiyevin adının qeyd edilməsi barədə müraciət olunmamışdır. Qüvvədə olan müqavilədə sığortalının ərizəsinə əsasən N.Kişiyevin deyil, başqa şəxsin adı sürücü kimi göstərilmişdir. Qeyd etmək lazımdır ki, müqaviləyə N.Kişiyevin adının sürücü kimi daxil edilməsi müqavilənin məzmunun dəyişdirilməsi hesab olunur. Sığorta müqaviləsinin məzmununa isə hər hansı dəyişiklik müqavilənin tərəfi kimi sığortalının yazılı müraciəti və ya razılığı əsasında həyata keçirilə bilər".

Tarix
2014.12.24 / 22:54
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla