Yuxarı

Gömrükçülərdən pirotexnika əməliyyatı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar, xüsusilə, bayram günləri öncəsi bəzi üzdəniraq işbazlar mülki dövriyyəsi məhdudlaşdırılmış, istifadəsi yüksək səs-küylə müşayiət olunan, insan sağlamlığı üçün təhlükə törədən pirotexniki və tezalışan malları Azərbaycan Respublikasının gömrük ərazisinə qaçaqmalçılıq yolu ilə gətirməyə cəhd göstərirlər. Ancaq gömrükçülərin səyi nəticəsində bu kimi faktların qarşısı qətiyyətlə alınır.

Dövlət Gömrük Komitəsindən Trend-ə bildiriblər ki, Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən "Sədərək" Ticarət Mərkəzinin ərazisində müxtəlif şəxslərdən külli miqdarda - 3550 ədəd, Tovuz Gömrük İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası vətəndaşları Quluzadə Nofəl Yusif oğlu, Şirinov Yasin Qasım oğlu, Hacınəbiyev Asim Musa oğlu, Həmzalov Hacıbala Daşdəmir oğlunun idarə etdikləri avtomobillərdən külli miqdarda - 446 min 712 ədəd, Balakən Gömrük İdarəsinin "Маzımçay" gömrük postunda isə Azərbaycan Respublikasının vətəndaşı Zeynalov Ramin Elxan oğlunun idarə etdiyi nəqliyyat vasitəsindən gömrük nəzarətindən gizlədilmiş 7267 ədəd müxtəlif markalı pirotexniki vasitə aşkar edilərək götürülüb.

Bütün faktlarla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində zəruri istintaq tədbirləri davam etdirilir.

Tarix
2014.12.26 / 15:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna müvəffəq oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla