Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
17 Oktyabr 2018


Cabir Novruzun “Vətən”i şagirdi qalib etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hicaz Production" və Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə Mikayıl Müşfiq adına 18 nömrəli məktəbdə 20 Yanvar Gününə həsr olunmuş "Mən Azərbaycanlıyam" adlı 3-cü Bədii qiraət müsabiqəsi keçirilib.

"Axar.az" xəbər verir ki, tədbirin aparıcıları Elməddin Məmmədov və Ayşən Mirzəyeva olub. "Hicaz Production"un rəhbəri Ayaz Məmmədov tədbirin keçirilməsində əziyyəti olan hər kəsə minnətdarlığını bildirib. Daha sonra dram və kino aktyorlarının iştirakı ilə "Qarabağ" tamaşası oynanılıb və bununla müsabiqə açıq elan edilib.

Müsabiqədə 20 şagird növbə ilə ölməz şairlərin Vətənə, bayrağa aid şeirlərini səsləndirib.

Əməkdar artistlər Gülşad Baxşiyeva, Ağalar Bayramov, Mahirə Yaqubova, eləcə də Sahib Novruzov, Ərtoğrul Kamalov, Vüqar Əbdülov və Əbdül Məcidlidən ibarət münsiflər heyəti 20 nəfər arasından ən yaxşı şeir deyən şagirdlərə 10 ballıq sistemlə səs verərək, ilk üçlüyü müəyyən ediblər. Qaliblər və onların ifa etdikləri şeirlər isə aşağıdakı kimidir:

1-ci yer - Hüseynağa Aslanov, C.Novruzun "Sağlığında qiymət verin insanlara" şeiri ilə;

2-ci yer – Tahirə Ağayeva, R.Qusarçaylının "Vətən" şeiri ilə;

3-cü yer - Rəna Məmmədova, Xəlil Rza Ulutürkün "Vətən" şeiri ilə.

Qaliblər fəxri fərmanlar və hədiyyələrlə mükafatlandırılıb.

Sonda 18 nömrəli məktəbin direktoru V.Huseynli "Gənc nəsildə vətənpərvərlik , müstəqillik, sadiqlik ideyalarının aşılanması" səylərinə görə müsabiqənin təşkilatçısı "Hicaz Production"un icraçı direktoru Ayaz Məmmədovu təltif edib.

Tarix
2014.01.19 / 02:17
Müəllif
Samir Aslan
Şərhlər
Загрузка...
Digər xəbərlər

"Teleqraf"ın əməkdaşı birinci oldu - Foto

General vətəndaşlarla görüşdü

Avrobus qəzasına görə 2 nəfər həbs edildi – Video

Sürüşmə təhlükəsi olan ərazilər - Siyahı

Daha bir sürüşmə: bu dəfə yol...

Ordumuz döyüş atışlarını icra etdi - Video

Ölkəyə gətirilən 17 ton kividə nələr aşkarlandı? - Foto

Bakıda aptekə basqın

Sabahın hava proqnozu açıqlandı

Bibiheybətdə istinad divarı uçdu: sürüşmə, yoxsa?.. - Foto

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla