Yuxarı

Evinizə icra məmurları gələ bilər – Cərimələr

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İcra məmurları yol hərəkətini pozan piyadalara tətbiq edilən cərimələrə və onların ödənilməsinə ciddi yanaşmalıdır.

Bu sözləri Axar.az-a danışan yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib.

Onun sözlərinə görə, ödənilməyən cərimə ən çox 32 manata yüksələ bilər.

"İnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsinə uyğun olaraq piyadalar yol hərəkəti qaydalarını pozduqda tətbiq olunmuş cəriməni bir ay müddətində könüllü ödəməlidirlər.

Bir aylıq müddət ərzində cərimə ödənişi könüllü icra olunmazsa, ayın tamamından sonra hər gün üzərinə cərimənin 1%-i məbləğində əlavələr olunur. Bu əlavələr maksimum 2 ay müddətində davam edə bilər. Bu isə o deməkdir ki, cərimə toplam 60%, yəni 32 manata yüksələ bilər", - deyə ekspert bildirib .

Ə.Hüseynov əlavə edib ki, cərimə ödənilməzsə, polis orqanı piyadanın evinə icra məmurlarını göndərməlidir:

"Belə olan vəziyyətdə isə cərimə icra haqqında qanunla ödənilir. İcra məmurları bu mövzuya ciddi yanaşmalıdır. Lakin praktika göstərir ki, onlar tərəfindən bu mövzuya ciddi yanaşılmır".

Qeyd edək ki, yol hərəkəti qaydalarını pozan şəxslər İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq 20 manat məbləğində cərimə olunurlar.

Tarix
2015.11.04 / 08:30
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla