Yuxarı

Efirə dəvət alan tanınmışlar qonorar almalıdırmı?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qonorar o halda tədbiq edilir ki, həmin qonaq güclü reytinq gətirsin. Bu zaman həmin şəxsin rəqib telekanallarda çıxmaması üçün ona müəyyən qonorar təklif edilməlidir.

Bu sözləri Axar.az-a tanınmış media eksperti Zeynal Məmmədli efirə dəvət edilən qonaqlara qonorar verilməsi barədə danışarkən deyib. Onun fikrincə, bu qaydanın tədbiqi efirdəki simaların dəyişməsinə səbəb olacaq:

"Düşünürəm ki, televiziyalarımızda qonorar sisteminin tədbiq edilməsi çox yaxşı olardı. Çünki biz bütün televiziyalarımızda eyni simaları görürük. Bu isə tamaşaçılar üçün heç də yaxşı deyil".

Tele-tənqidçi, professor Qulu Məhərrəmlinin fikrincə isə qonaqlara qonorar tədbiq edilməsi televiziyaların nüfuzuna müsbət təsir göstərəcək amillərdən biridir:

"Efirə dəvət edilən qonaqlara qonorar verilməsi bütün dünyada çoxdan tədbiq edilib. Televiziyaya dəvət edilən tanınmış, müəyyən qədər çəkisi olan adamlara qonorar yazılır. Əlbəttə, bu, heç bir halda şou əhlinə aid deyil".

Qulu Məhərrəmlinin sözlərinə görə, qonorar aşağıdakı şəxslərə verilməlidir:

Tanınmış simalara;

Görkəmli ədəbiyyat adamlarına;

Bəstəkarlara;

Siyasi xadimlərə;

Ekspertlərə və s.

Qeyd edək ki, efirə dəvət edilən qonaqlara qonorar verilmə sistemi dünyanın əksər ölkəsində tədbiq edilib. Türkiyədə isə dəvət və intervülərə görə qonorar tələb edən ilk sənətçi Barış Manço olub.

Tarix
2016.01.12 / 10:51
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla