Yuxarı

AMEA: "Torpaqlarımızın 60 faizi eroziyaya uğrayıb"

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda taxıl ehtiyatı və istehsalı bir nömrəli məsələ olmalıdır. Çünki taxıl strateji məhsuldur.

Bunu Report-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Eroziya və Suvarma İnstitutunun direktoru vəzifəsini icra edən Zakir Əliyev deyib.

Onun fikrincə, Azərbaycanda kənd təsərrüfatına diqqət artırılarsa, kənd əməkçiləri üçün əlavə stimul yaranar, torpaqdan istifadə genişlənər və çeşidli məhsul istehsalı tənzimlənər: "Devalvasiyadan qabaq da Azərbaycan kənd təsərrüfatı məhsullarına olan ehtiyacını müəyyən qədər ödəyirdi. Əgər əlavə tədbirlər görülərsə ölkə əhalisinin kənd təsərrüfatı məhsullarına olan tələbatının böyük hissəsi daxili istehsal hesabına ödənilər".
Direktor bildirib ki, Azərbaycanda meyvəçiliyin, xüsusilə üzümçülüyün inkişaf etdirilməsinə ehtiyac var:

"Üzümçülük çox gəlir gətirən sahədir. Bu səbəbdən də inkişafı daha məqsədəuyğundur. Hazırda xaricdən Azərbaycana kifayət qədər məhsul gətirilir. Amma bizim meyvə-tərəvəzimiz keyfiyyət baxımından idxal olunan məhsullardan daha üstündür. Ölkəmizin meyvəçilik məhsulları yüksək keyfiyyətinə görə xaricdən gətirilən məhsullarla rəqabət apara bilər. Sadəcə olaraq lazımi qulluq və texnologiya tətbiq olunmalıdır ki, məhsuldarlıq artsın".

Z.Əliyevin sözlərinə görə, hazırda Azərbaycanda torpaqların 60 faizi eroziyaya uğrayıb: "İqlim dəyişmələri, antropogen təsirlər, suvarma torpaqlarının baxımsız qalması və qeyri-qanuni texnologiyaların tətbiqi yararlı torpaqların da sıradan çıxmasına səbəb olur. Həm də ölkədə su qıtlığı problemi var. Məhsuldarlığın azalmasının əsas səbəbi su problemidir. Bitkiyə onun tələbatına uyğun su verilməlidir, nə çox, nə də az. Belə olan halda bitkinin kökü normal inkişaf edə bilir və yüksək məhsuldarlıqlı bitki əldə etmək mümkün olur".

O qeyd edib ki, Eroziya və Suvarma İnstitutunda yerlərdə suya qənaət edərək məhsuldarlığın yüksəlməsinə xidmət edən texnologiyalar sınaqdan keçirilir və tətbiq edilir: "Bu gün Azərbaycanın ümumi su ehtiyatı Cənubi Qafqazın ehtiyatının cəmi 14 faizni təşkil edir. Biz digər ölkələrlə müqayisədə su ehtiyatına görə ən aşağı göstəriciyə malikik".

Tarix
2016.01.16 / 11:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna müvəffəq oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla