Yuxarı

Nazirdən kadr dəyişikliyi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmişli rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri və Qobustan Milli Tarixi-Bədii Qoruğunun direktoru vəzifələrinə yeni təyinatlar olub.

Trend-in məlumatına görə, Qobustan Milli Tarixi-Bədii Qoruğunun direktoru vəzifəsinə Rüfət Nuriyev təyin edilib. O bu vəzifəyə təyin edilənədək Mədəniyyət və Turizm Nazirliyinin Tarixi-mədəniyyət abidələrinin istifadəsi və mühafizəsi şöbəsinin müdiri olub.

Nazirliyin və İmişli rayon İcra Hakimiyyətinin birgə qərarına əsasən, Nazim Əzimov İmişli rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Azərbaycan Respublkası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunu olan N.Əzimov bu vəzifəyədək İmişli rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov yeni təyinatlarla bağlı məlumatları təsdiqləyib.

Qeyd edək ki, İmişli rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Süleyman Bəşirov ötən ilin sonunda şöbənin fəaliyyətini lazımi səviyyədə qura bilmədiyinə, vəzifəsinə məsuliyyətsiz yanaşdığına və nazirliyin qərarlarının icrasını təmin etmədiyinə görə vəzifəsindən azad olunmuşdu.

Müvafiq qanunvericiliyin tələbi nəzərə alınaraq, 65 yaşının tamam olmasına görə Zərdab rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Eldəniz Abdullayev də vəzifəsindən azad edilib.

Qobustan Milli Tarixi-Bədii Qoruğunun direktoru Məlahət Fərəcova isə öz ərizəsi ilə vəzifəsindən azad olunmuşdu.

Tarix
2016.01.19 / 17:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla