Yuxarı

Səfər Əbiyevin kirvəsinə şok rüşvət ittihamları

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq müdafiə naziri Səfər Əbiyevin kirvəsi, vəzifədən uzaqlaşdırılan Kənd Təsərrüfatı nazirinin müavini Aslan Aslanovla bağlı "Aznews.az"a ilginc məlumatlar daxil olub.

Sabiq Müdafiə naziri Səfər Əbiyevlə qohumluq əlaqəsindən istifadə etməklə orduda "nəzarətçi" funksiyasını yerinə yetirən Aslan Aslanov vəzifədən kənarlaşdırıldıqdan sonra Gürcüstana getmək istəsə də, "Qırmızı körpü"də saxlanılıb ki, bu da ona qarşı narazılıqların üzə çıxmasına səbəb olub.


Mənbənin sözlərinə görə, əslində, A.Aslanovun durumu hələ vəzifədən çıxarılmazdan əvvəl - yəni "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun tətbiqi barədə fərmanın imzalanmasından sonra pisləşib. Fərmana əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Hərbi Komissarlıq, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon və şəhər hərbi komissarlıqları ləğv edilərək, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Bu isə S.Əbiyevin ordudakı "nəzarətçisi" Aslan Aslanovun təsir imkanlarını zəiflədib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradıldıqdan sonra xidmətin 18 rayon üzrə idarə rəislərinin tutduqları vəzifədən azad edilməsi Aslanova qarşı narazılar ordusunun yaranmasına rəvac verib. İşdən çıxarılanların əksəriyyəti Aslan Aslanovun kadrları imiş. Səfər Əbiyevin Müdafiə naziri, özünün isə Kənd Təsərrüfatı nazirinin müavini postundan uzaqlaşdırılmasından sonra bu müddət ərzində susan bir çox keçmiş hərbi komissarlar Aslan Aslanova qarşı birləşib. Bu da onun vəziyyətini gərginləşdirib.

Məlumata görə, A.Aslanovun vaxtilə təyin etdirdiyi və bunun müqabilində külli miqdarda pul aldığı şəxslər indi pullarını geri tələb edirlər. Belə ki, A.Aslanov Şəmkirdə İcra Hakimiyyətinin başçısı və daha sonra nazir müavini işlədiyi dövrlərdə hərbi komissarların təyinatını "həyata keçirib". A.Aslanova verdiyi pulları geri istəyənlər arasında Kəpəz, eləcə də Şəmkirin keçmiş hərbi komissarları da var. Onlar da Aslan Aslanovdan narazılar sırasındadırlar.

Məlumata görə, hərbi komissar Əli Əhmədovu daha yüksək vəzifə vədi verərək külli miqdarda pul alan A.Aslanovun bu vədini yerinə yetirə bilməməsi daha pis nəticələrə yol açıb. Belə ki, nə vəd olunan vəzifəni, nə də bu vəzifə üçün Aslanova verdiyi pulu geri ala bilən Ə.Əhmədovun psixi durumu gərginləşib. Səhhətində yaranan problemlər üsə onun ümumiyyətlə sistemdən uzaqlaşmasına səbəb olub.

A.Aslanovun Bakıda yüksək vəzifə vəd etdiyi şəxslərdən biri də Tovuzun hərbi komissarı Ağaverdi Fəttahov olub. Bu vədə inanaraq S.Əbiyevin kirvəsi olan A.Aslanova pul verən A.Fəttahov da hazırda pulunu geri tələb edir. Çünki o, verdiyi pulun müqabilində nəinki daha yüksək vəzifəyə gətirilib, əskinə, təqaüdə göndərilib.

Daha bir narazı şəxs isə hazırda həbsdə olan Binəqədi rayonunun keçmiş hərbi komissarı Feyzi Ağabəyovdur. Məlumata görə, işlədiyi vaxt daha "gəlirli" rayona - Xətai rayonuna dəyişmək üçün onunla anlaşıb. İndi keçmiş komissarın yaxınları Aslan Aslanovun cəzalandırılmasını tələb edir.

Qeyd edək ki, bütün bu ittihamlara cavab olaraq, Aslan Aslanobvdan münasibət almaq cəhdlərimiz baş tutmadı.

Tarix
2013.11.13 / 14:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla