Yazıçı Kamal Abdulla "Bir abzas - yeddi rəng"
layihəsində.
Altıncı rəng – Boz
Ömər
Xəyyam:
- Ədəbiyyatın müstəqillik illərində yaşadığı susqunluğu,
qaranlığı Kamal Abdulla qələmi canlandırdı. Dili ilə, forması ilə
əsərləri yeni ruh gətirdi ədəbi auraya. "Yarımçıq Əlyazma"nı
götürüb ədəbiyyatın ayaqlarından başına qədər qorxmadan,
çəkinmədən, cəsarətlə getmək
olar. Bir abzasa sığdırılacaq qədər kiçik olmasa da, yeni abzasdan
yazılacaq dahidir.
Günel
Eyvazlı:
Sirr, labirint, gizli, sehrbaz, unutmaq... Əgər hekayələrdə
cərəyan edən hadisələri də bu silsiləyə əlavə etsək, o zaman
ardıcıllığı sonsuzluğa qədər davam etdirə bilərik. Bəzən hər şey
qordi düyünü qədər açılmaz, çözülməz görünür insana. Yalnız mətnə
hazırlıqlı olduğun təqdirdə labirintdən çıxa bilirsən. Dolaşıqlıq
içində səni aydınlığa çıxaran, sənə yol göstərən işıq beynində
yaranmış qarmaqarşıqlığın qarşısına sədd çəkir. Nəhayət ki,
müəllifin nə demək istədiyini anladım kimi sözlərlə özünə təskinlik
verirsən. İntellekt yağışı, düşüncə yağışı səni büsbütün isladaraq
ağuşuna alır. Kamal Abdulla dünyanın görünməyən tərəflərini
qarşımızda açmağa çalışır. Ən xırda detallara qədər çözməyi,
aydınlaşdırmağı qarşısına məqsəd qoyur. Onun bəsirət gözündən
dünyaya baxmaq və kəşflərinə şahid olmaq bilim adamlarına böyük
həzz və heyranlıq bəxş edir. Duyğulandırırmı? Düşündürür və bu
vaxta qədər gördüklərini görmədiyin üçün səni heyfisilənməyə məcbur
edir. Bu kəşfə səndən öncə Kamal Abdulla imza atıb. Və hər sətrində
"gözlərini aç, həyatı olduğu və olmadığı kimi görməyə çalış" deyir.
Hər kəs axtardığını tapır. Mən isə sətirlərdə özümü tapıram... "Ona
əyan oldu ki, bu evsiz-eşiksiz, keçmişi və gələcəyi məhv olmuş
iztirablı adamlarla onu birləşdirən bir sirr var. Amma sirrin özü
nədən ibarət idi – bunu hələ bilmirdi. Dumanlı bir şəkildə ancaq
bunu duya bildi ki, elə bil, o da, bu adamlar da dünyanın heç bir
başqa məxluquna bəlli olmayan son dərəcə vacib bir məlumata
malikdirlər..."
P.S. Kamal Abdullanın hekayələrindən ibarət
"Sirri–Zəmanə" adlı yeni kitabını "Kitab Klubu" (Mustafa Sübhi 13),
"Bukinist" (İstiqlaliyyət küç. 69H), "Kitabevim.az" Kitab Evi ("AK
Center", 2-ci mərtəbə), "Əli və Nino" kitab dükanlarından, "Bayatı"
kitab satış mərkəzindən, "Xan Xəzinəsi" kitab dükanlarından,
"Papirus" Kitab Evindən, Prezidentin İşlar İdarəsinin Kitab
Evindən, Akademiya Kitab Mərkəzindən, Akademkitabdan əldə etmək
olar.
Əvvəlki Abzaslar:
Bir
abzas: Qan Turalıdan Kamal Abdullaya. Birinci rəng -
Ağ
Mövlud
Mövlud və Kəramət Böyükçöldən - Bir abzas. İkinci rəng –
Qırmızı
Kənan
Hacı və Aqşin Evrəndən - Bir abzas. Üçüncü rəng -
Yaşıl
Səlim
Babullaoğlu və Zahir Əzəmətdən – Bir abzas. Dördüncü rəng -
Mavi
İradə Tuncaydan Kamal Abdullaya – Bir abzas. Beşinci rəng
- Sarı