Yuxarı

Dəniz Baykal sükutu pozdu: seks kasetindən danışdı – Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən "özləri edib, özləri də qınayırlar" deyə bilmərəm.

"Axar.az" xəbər verir ki, Türkiyənin ana müxalifət partiyası CHP-nin keçmiş lideri Dəniz Baykal sükutu pozub və "CNN Türk" kanalında "Tərəfsiz bölgə" proqramında suallara cavab verib. Dəniz Baykal proqramda ona qarşı seks kaseti şantajının Gülən tərəfdarları tərəfindən təşkil edildiyinə inanmadığını deyib:

"Bu hadisədən sonra Gülənə yaxın şəxslərdən biri mənə zəng edərək, böyük təəssüf hissi keçirdiyini və Türkiyə siyasəti üçün mənim dəyərli olduğuma inandığını, bu olayı qınadığını və sözlərini səmimi olaraq qəbul etməyimi xahiş etdi. Mən bu səmimi dəyərləndirməni rədd etmək üçün bir əsas görmədim. Buna inandım. Mən "özləri edib, özləri də qınayırlar" deyə bilmərəm".

Xatırladaq ki, 2010-cu il mayın 7-sində CHP-nin millət vəkili Nəsrin Baytok və CHP-nin sədri Dəniz Baykalın seks videosu olduğu iddia edilən görüntülər internetdə yayımlanmışdı. Nəticədə Dəniz Baykal partiyanın sədrliyindən istefa verib, bundan sonra videonu araşdırmaq üçün Beynəlxalq Kriminal Bürosuna göndərib. Büro isə analizlərdən sonra videonu montaj hesab edib.

Tarix
2014.01.16 / 14:08
Müəllif
Vüsal Tağı
Şərhlər
Digər xəbərlər

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla