Ana səhifə Planet |
Məşhur meyxanaçı Aydın Xırdalanlıdan şok etiraflar
Meyxana həvəskarlarının sevdiyi tanınmış meyxanaçı Aydın Xırdalanlının son vaxtlar səhhətində yaranan problemlərdən əziyyət çəkdiyini eşidib, birbaş mənzilinə yollandıq. Aydın bəy gəlişimizdən sevindiyini gizlətmədi və həvəslə söhbətə razılıq verdi.
- Bir vaxtlar Aydını hamı qatı dindar kimi tanıyırdı. Son
illərdə isə təəssüf ki, narkotik aludəçisi olduğun bilindi. Bu necə
oldu? Nələr səbəb oldu buna?
- Başda insanın öz ağlı gəlir. Amma heç nə səbəbsiz deyil. Məni və
bir neçə yoldaşımı bu işə bir nəfər sövq etdi, səbəbkar oldu. Adını
çəkmək istəmirəm. Amma onu da deyim ki, öz canımızda da var idi.
Həmin gün bir meyxanaçı dostumuz bizimlə bir yerdə idi. Ancaq o, bu
işə getmədi... Şəxsən mən beş-altı il keçəndən sonra bezdim
narkomaniyadan, sonra şükür olsun Allaha ki, üç-dörd il keçəndən
sonra qətiyyən əlimi vurmadım.Amma hər gün dərman qəbul edirdim.
Onu qəbul edəndə narkotikaya ehtiyac olmur.
- Hazırda meyxana xiridarlarını Aydının indiki vəziyyəti
düşündürür. Səhhətin barədə nə deyə bilərsən?
- Hazırda narkotikanın yüngül növündən istifadə edirəm, o da ayda
bir-iki dəfə, əsəblərimi sakit etməkçün.
Faiq Ağayev də... narkomandır
- Meyxanaçıların bəzilərinin narkomaniyaya bağlılığını nə ilə
əlaqələndirmək olar?
- Bu sırada təkcə meyxanaçıların adını çəkməyin. Ümumiyyətlə,
incəsənət aləmi bu barədə zəngindir. Meyxanaçı yazıqların sadəcə
adı çıxıb. Bu incəsənət aləmində bir qəribəlik var: müğənnilər,
meyxanaçılar narkomaniyaya, aktyorlarımız isə içkiyə meyllidirlər.
Onu bilirsən ki, müğənnilərin içində nə qədər narkoman var? Misal
üçün biri xalq artisti Faiq Ağayev, Samir Bağırov...
Rəmiş kimi öz sahəsində mahir ifaçı yoxuydu, amma sonra onu
narkotika nə vəziyyətlərə saldı. Yenə də Allah Gülü bacının canını
sağ eləsin, Rəmişin üstündə əsdi və nəticəsidə gözəl oldu.
20 il əvvələ qayıtsaydım
- Yəni bu adları rahatlıqla çəkirsiniz?
- Mən açığını deyirəm, burda nə var ki? Şəxsən mən bunu deyirəm.
Kim demir, özü bilsin. Faiq Ağayevi niyə bıçaqlamışdılar bəs?
Kubinkaya narkotik dalıyca getmişdi, orda da nə isə söhbət düz
gəlmədiyinə görə yaxşı oğlanların biri altı bıçaq vurmuşdu
ona...
Məndən soruşurlar ki, iyirmi il əvvələ qayıtmaq imkanın olsa, yenə
də narkomaniyaya meyllənərdin? Əvvəla iyirmi il öncəyə qayıtmaq
imkanım olsaydı, mən heç meyxana deməzdim. Narkotika istifadəsinə
gəldikdə isə təbii ki, yox. Gənclərə bir tövsiyəm var ki, nəinki
narkotika, hətta spirtli içkidən, siqaretdən də uzaq olsunlar.
"Pristupniy mir" özü də ədalətsizlikdən
yaranıb
- Müxtəlif mövzulardan söz açdıq. İndi isə meyxanaçı Aydın
Xırdalanlının cəmiyyətdə tutduğu mövqe, ictimai-sosial problemlərə,
hakimiyyətə münasibətindən danışaq.
- Əsas odur ki, dövlətdə gərək ədalət olsun. Ədalətsizlikdən çox
fəsadlar doğur. "Pristupniy mir" özü də ədalətsizlikdən yaranıb.
Ədalət olsa, bu yaranmazdı – "ehtiyac olmaz" yox, "yaranmaz"! Yəni
bu ədalətsizliyə qarşı yaranmış bir şeydir.
Cinayətkar görür ki, hakim rüşvət alır, müstəntiq rüşvət alır,
"postavoy" rüşvət alır və ondan sonra da günahkara tərəfkeşlik
edir. Bu nə deməkdir? Çox yaxşı olardı ki, hər yerdə Allahın qanunu
qüvvədə olardı.
- Şairlər adətən xalqın problemlərinə biganə qalmayıblar.
Sən də yeri gəldikdə öz etirazını bildirirsən...
- (Sözümü kəsir...) Elə 2001-ci ildə mənim efirdə dediyim:
Əvvəl-əvvəl vətən işğalına imkan veririk,
Sonra sakitliyə, atəşkəsə fərman veririk, –
qafiyəli meyxana etirazımdır da. Əsl şairlər heç vaxt haqsızlığa
dözə bilməyiblər. Şair - hissiyatlı adam deməkdir. Hissiyatlı adam
da haqsızlığa mütləq etirazını bildirir. Əgər ölkədə təqaüdçü
yetmiş-səksən manat pul alırsa və aldığının səksən faizini təkcə
çörəyə gedirsə, necə etiraz etməyim? Axı, neftin gəliri gərək bizi
bəy balası kimi dolandırsın! Dubayda neftin gəliri sayəsində əhali
yüksək səviyyədə dolanır. Amma bizdə necədir?
- Bəs ölkədəki inkişaf, yeni tikililər, abadlaşdırma
işləri. Onları görməmək də ədalətsizlikdir axı...
- Sənə qurban olum, əvvəlcə, dövlət gərək xalqın mənəviyyatını
abadlaşdırsın. Bir xalq ki, ac oldu, onda mənəviyyat olmaz.
Peyğəmbərin bir sözü var, kasıbçılıq bir qapıdan girəndə iman o
biri qapıdan çıxar. Bir ailə nə qədər kasıb olsa, orda o qədər
imansızlıq olacaq.
Tarix
2013.10.27 / 11:10
|
Müəllif
Natiq Azəri
|