Ana səhifə Gündəm |
Oktyabr ayının 26-da Tovuz rayonunda yerləşən N saylı hərbi hissədə dəhşətli hadisə baş verib.
Hərbi hissənin əsgəri Cəmil Elxan oğlu Hüseynzadə tabeçiliyində
olduğu zabit və 5 əsgər tərəfindən ölümcül döyülərək kanala
atıb.
Bu barədə "Axar.az"a əsgərin anası Əminə
Hüseynzadə məlumat verib. O, qeyd edib ki, oğlu döyüldükdən sonra
kürəyindən bir güllə yarası da alıb. Güllə Cəmilin ürəyinin alt
nahiyəsindən keçərək sinəsindən çıxıb və bu xoşbəxt təsadüf
nəticəsində oğlu sağ qalıb.
Ə.Hüseynzadənin bildirdiyinə görə, onlara oğlanlarının itkin
düşdüyü və tabeliyindəki silahı götürərək hərbi hissəni tərk etdiyi
barədə məlumat verilib. Hadisənin səhəri günü (27 oktyabr) isə
əsgər Cəmil Hüseynzadə hərbi hissənin yaxınlığındakı kanaldan
tapılıb. Ölümcül döyülən əsgəri yaxınlıqdan keçən bir nəfər görüb
və onu Gəncə Hərbi Hospitalına çatdırıb. Reanimasiya şöbəsində
gözlərini açan əsgərin dediyinə görə, o, döyüldükdən sonra qaçıb.
Bu zaman əsgər arxadan, kürəyindən güllə yarası alıb və kanala
düşüb.
Hazırda C.Hüseynzadə Gəncə Hərbi Hospitalının reanimasiya
şöbəsindədir. Əminə Hüseynzadənin sözlərinə görə, Gəncə Hərbi
Hospitalının reanimasiya şöbəsinin müdiri Azər adlı həkim xəstəni
ağır vəziyyətdən çıxarmaq üçün bütün mümkün üsullardan istifadə
edir.
Qeyd edək ki, əsgər Cəmil Elxan oğlu Hüseynzadə Lənkəran rayon
hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.
"Axar.az" olaraq Müdafiə Nazirliyinin münasibətini öyrənməyə cəhd etdik. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini mayor Teymur Abdullayev bildirdi ki, iş vaxtı bitdiyi üçün bu barədə yalnız sabah açıqlama verə bilər.
Qeyri-rəsmi mənbələrdən aldığımız məlumata görə, bir həftə əvvəl baş verən bu hadisədə əsgər öz-özünü güllələyib.
Mövzunu davam etdirəcəyik.
Tarix
2013.10.31 / 19:21
|
Müəllif
Pərviz Həsənov
|