Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə
Dövlət Komitəsi "Yol nəqliyyatı. Ekoloji siniflər" (AZS 636-2012) dövlət standartına dəyişiklik
edib.
Dəyişikliyin tətbiq vaxtı aprelin 1-dən müəyyən edilib. Əmrə
əsasən, avtomobillərin mənşə ölkəsinə və buraxılış ilinə görə
zərərli tullantılarının ekoloji siniflərə uyğunluğu barədə cədvələ
dəyişiklik edilib.
Xatırladaq ki, Nazirlər Kabinetinin "Azərbaycan ərazisində
dövriyyəyə buraxılan (idxal və Azərbaycanda istehsal edilən)
avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli
maddələrə dair tələblərin "Euro-4" ekoloji normalarına
uyğunlaşdırılması barədə" 14 yanvar 2014-cü il tarixli qərarına
əsasən aprelin 1-dən Azərbaycan ərazisində dövriyyəyə buraxılan
avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli
maddələr üzrə "Euro-4" ekoloji normaları tətbiq ediləcək. Aprelin
1-dən Azərbaycana idxal olunan nəqliyyat vasitələrinin buraxılış
illəri ilə yanaşı, onların "Euro-4" ekoloji normalara uyğun olması
əsas götürüləcək.
Nəqliyyat vasitəsinin mənşə
ölkəsi
|
Nəqliyyat vasitələrinin
buraxılış illəri
|
Ekoloji siniflərə görə
texniki reqlamentlərin tələblərinə uyğun gələn
|
2
|
3
|
4
|
5
|
Avropa İttifaqına daxil
olan ölkələr, benzin *
|
1997 – 2000
|
2001 – 2004
|
2005-dən
|
01.10.2009-
dan
|
Avropa
İttifaqına daxil
olan ölkələr,
dizel
|
1997 – 2001
|
2002 – 2004
|
2005-dən
|
01.10.2009-
dan
|
ABŞ
|
1996 – 2000
|
2001 – 2003
|
2004-dən
|
—
|
Yaponiya
|
1998 – 2004
|
2005 – 2010
|
2011-dən
|
0
|
Çin
|
2004 – 2007
|
2008-dən
|
2011-dən
|
—
|
Koreya
|
2001 – 2002
|
2003 – 2005
|
2006-dan
|
—
|
Ukrayna, M kateqoriyalı
|
2006-dan
|
2010-dan
|
2014-dən
|
—
|
Ukrayna, N kateqoriyalı
|
2007-dən
|
2010-dan
|
2014-dən
|
—
|
Belarusiya
|
2006 – 2007
|
2008-dən
|
2014-dən
|
—
|
Özbəkistan
|
2007 – 2009
|
2010-dan
|
2012-dən
|
—
|
Qazaxıstan
|
2006 – 2011
|
2012-dən
|
2014-dən
|
—
|
Rusiya
|
2006 – 2007
|
2008-dən
|
2013-dən
|
2014-dən
|
Türkiyə
|
—
|
—
|
2009-dan
|
—
|
İran
|
2009-dan
|
—
|
—
|
—
|
Xatırladaq ki, Avropa İttifaqına Avstriya, Belçika, Böyük
Britaniya, Macarıstan, Almaniya, Yunanıstan, Danimarka, İrlandiya,
İspaniya, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Malta,
Hollandiya, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, Finlandiya,
Fransa, Çex Respublikası, Bolqarıstan, Rumıniya, İsveç və Estoniya
daxildir.