Yuxarı

Nazir "Avropa haqqında düşüncələr"də - Foto

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir "Avropa haqqında düşüncələr"də - Foto

Dünən – iyunun 10-da Muzey Mərkəzində Bakı-2015 I Avropa Oyunları münasibətilə görkəmli Azərbaycan rəssamlarının əsərlərindən ibarət "Avropa haqqında düşüncələr" adlı sərgi keçirilib.

Axar.az xəbər verir ki, sərgi Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəz Qarayevin nitqi ilə açıq elan olunub:

"Hamınızı "Avropa haqqında düşüncələr" adlı sərgidə görməkdən böyük məmnunluq duyuram. Bu sərgi Avropa Oyunlarının mədəni standartıdır. Sərgi Azərbaycan rəssamlarının Avropa haqda təsəvvürlərini, mədəniyyətlərarası dialoqu özündə əks etdirir".

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunan sərgidə görkəmli Azərbaycan rəssamlarının Azərbaycan Dövlət Rəsm Qalereyasının fonduna aid olan əsərləri təqdim edilib. Onların arasında Mikayıl Abdullayev, Nadir Əbdürrəhmanov, Lətif Feyzullayev, Əyyub Hüseynov, Nəcəfqulu İsmayılov, Davud Kazımov, Nadir Qasımov, Ağa Mehdiyev kimi rəssamların əl işləri nümayiş olunub.

Sərginin təşkilində əsas məqsəd Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda illər ərzində toplanmış və son dərəcə böyük bədii dəyərə malik olan əsərləri həm yerli tamaşaçılara, həm də xarici qonaqlara təqdim etməkdir.

Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun nitqi ilə davam edən tədbirdə rəssam bu sərginin Azərbaycan rəssamlarının Avropa Oyunlarına töhfəsi kimi dəyərləndirib:

"Bütün Azərbaycan rəssamları Avropa Oyunlarının məhz bizim ölkəmizdə keçiriləcəyi üçün böyük iftixar duyur. Bu rəsm əsərləri Azərbaycan mədəniyyətini, o cümlədən, rəssamlığını bütün Avropaya nümayiş etdirmək iqtidarındadır".

Tarix
2015.06.11 / 11:37
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla