Yuxarı

Turistlərə hədiyyələr verildi – Bakı-2015

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Turistlərə hədiyyələr verildi – Bakı-2015

I Avropa Oyunları ərəfəsində Azərbaycanın mədəniyyətini, tarixi irsini və s. təbliğ etmək üçün paytaxtın muzey və qalereyalarında, tarixi məkanlarında, mərkəzi meydanlarında sərgilər təşkil olunur, qonaqlara buklet və kitabçalar paylanılır.

Axar.az xəbər verir ki, dünən "Milli geyimlərimizin dünəni və bu günü" adlı layihə həyata keçirilib. Layihənin keçirilməsində əsas məqsəd xarici ölkələrdən gəlmiş idmançı və turistlərə Azərbaycanın zəngin mədəniyyətinin bir parçası olan milli geyimlərimizi və milli rəqslərimizi əyani olaraq nümayiş etdirmək olub.

Paytaxtın "Azneft" meydanından başlayan tədbirə şəhər sakinləri, xarici turistlər də qatılaraq milli geyimli oğlan və qızların rəqslərini izləyib, daha sonra "Yallı" sədaları altında əl-ələ veriblər. Tədbirdə "Sarı gəlin" xalq mahnısı da ifa edilib.

Sonda turistlərə və şəhər sakinlərinə Azərbaycan bayrağı, ölkəmiz haqqında buklet və kitabçalar, mədəniyyət və tariximizi özündə əks etdirən müxtəlif suvenirlər paylanılıb.

Tarix
2015.06.19 / 15:38
Müəllif
Nigar An
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla