Yuxarı

Oxatanlarımızdan uğursuz çıxış – Yenilənir

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Oxatanlarımızdan uğursuz çıxış – Yenilənir

Bu gün Bakı 2015 İlk Avropa Oyunları çərçivəsində kişilər arasında kamandan oxatma üzrə yarışların 1/32 final görüşləri başlayıb.

Axar.az xəbər verir ki, Azərbaycanı bu yarışlarda Roman Vengerov, Taras Senyuk və Aleksey Kopnin təmsil edəcək.

İlk təmsilçimiz saat 11:36-da yarışa qatılacaq. Rusiyalı Bair Tsibekdorjiyevlə qarşılaşacaq Aleksey Kopnin reytinq mərhələsini 301 xalla 57-ci yerdə tamamlamışdı.

Reytinq mərhələsində 328 xalla 45-ci olan Taras Senyuk lüksemburqlu Ceff Henke llə üz-üzə gələcək. Rəqiblərin mübarizəsi saat 14:26-da başlayacaq.

314 xalla 50-ci olan Roman Vengerovun rəqibi isə fransalı Lukas Danieldir. Saat 15:44-də hədəf önünə keçəcək idmançılar qalibi müəyyənləşdirəcək.

Qeyd edək ki, 1/16 final mərhələsi iyunun 22-də keçiriləcək.

11:51

Tofiq Bəhrəmov adına Respublika Stadionunda kamandan oxatma üzrə 1/32 final mərhələsində kişilərin fərdi yarışı başlayıb.

Azərbaycan təmsilçisi Aleksey Kopnin ilə Rusiya oxatanı Bair Tsybekdorzhiev qarşılaşıb. Saat 11:36-da başlayan yarışda 2 hissədə hesab bərabər olsa da, rusiyalı idmançı sonda 6-2 hesabı ilə qalib gəlib.

15:13

Kamandan oxatma üzrə kişilər arasında fərdi 1/32 seçmə mərhələsində daha bir Azərbaycan təmsilçisi çıxış edib.

Saat 14:26-da başlayan görüşdə oxatanımız Taras Senyuk Lüksemburq təmsilçisi Cef Henkels ilə yarışıb. 4 hissədə rəqibi ilə bərabər hesabda irəliləyən təmsilçimiz sonda Lüksemburq oxatanından 2 xal geriləyib. Görüş 6:4 C.Henkelsin qələbəsi ilə başa çatıb.

16:05

Roman Vengerov fransalı Lukas Danielə 0:6 (0:2, 0:2, 0:2) hesabı ilə uduzub.

Tarix
2015.06.20 / 16:05
Müəllif
Əli Taleh
Digər xəbərlər

Şuşaya hücum hazırlayan məsul şəxsin adı açıqlandı

Azərbaycan benzinini alan erməni oliqarx kimdir?

Taleh Ziyadov bu federasiyanın prezidenti seçildi

Bəxtiyar Vahabzadənin övladları İlham Əliyevə məktub yazdı

Ceyhun Bayramov Ərgüc Kələntərli ilə görüşdü

Liderlər İlham Əliyevi təbrik edir

Vardanyanın Bakıdan İrəvana zəngi: Oğluna nələr dedi...

Ceyhun Rəhmanova MOK-da yeni vəzifə verildi

İstanbulla İrəvan arasında müntəzəm uçuşlara başlanılır

Bakcell Media Savadlılığı Konfransının innovasiya tərəfdaşıdır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla