Yuxarı

Müsabiqənin qalibləri açıqlandı - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müsabiqənin qalibləri açıqlandı - Foto

“Zirvə Tədris Mərkəzi”nin akt zalında Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi “NƏSİMİ-650” adlı layihə çərçivəsində çap olunmuş gənc şairlərin şeirlərindən ibarət “Yeni nəfəs” adlı antologiyanın təqdimatı və eyniadlı şeir müsabiqəsi baş tutub.

Kult.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar qonaqları salamlayaraq, tədbir iştirakçılarına sözün, şeirin ətrafına cəm olmaqlarından dolayı təşəkkür edib. Müxtəlif yaş qruplarından olan yazarların, KİV təmsilçilərinin, ictimaiyyət nümayəndələrinin və oxucuların iştirak etdiyi tədbirdə yeni imzaların kəşf olunacağına inamını ifadə edib.

“Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəsin, Atatürk Mərkəzinin şöbə müdiri, şair Əkbər Qoşalının, yazıçı Kənan Hacının və təbrizli şair Çalğın Məhəmmədin təmsil olunduğu münsiflər heyəti tərəfindən müsabiqə iştirakçıları olan gənc şairlərin şeirləri qiymətləndirilib. Qiymətləndirmə prosesi yekunlaşdıqdan sonra çıxış edən münsiflər heyətinin üzvləri və “Zirvə Tədris Mərkəzi”nin direktoru, tanınmış təhsil eksperti Rahib İbrahimov Dünya Gənc Türk Yazarlar Birliyinin icra etdiyi layihənin önəmini vurğulayıb.

Müxtəlif yaş qrupuna aid olan digər yazarlar - Anar Adil, Vüsal Yurdoğlu, Yusif Nazim Ərəbsoy, Xəyalə Sevil və başqaları öz şeirlərini səsləndiriblər.

Daha sonra müsabiqə qalibləri elan olunub. Münsiflər heyətinin qiymətləndirməsinə görə Bakı Dövlət Universitetinin tələbəsi gənc şair Cəmil Cəmilbəyli “Bitəcəm, Allah, bitəcəm” adlı şeiri ilə birinci yerə, Azərbaycan Dillər Universitetinin tələbəsi Elroman Əlizadə “O qədər uzağıq ki...” adlı şeiri ilə ikinci yerə, gənc şair Həsən Kür isə “Sonra evə qayıtdım” adlı şeiri ilə üçüncü yerə layiq görülüb.

Qaliblərə hədiyyələr və diplomlar, digər gənc yazarlara isə müsabiqədə fəal iştiraka dair diplomlar təqdim olunub. Sonda xatirə şəkli çəkilərək tədbirə yekun vurulub.

Tarix
2019.11.26 / 10:48
Müəllif
Kult.az
Digər xəbərlər

Tramp onu Bakıya göndərdi: Prezidentlə görüş... - Foto

ABŞ-İran sazişi müharibədə “60 günlük fasilə”dir

Tahir Qarayev və Sumqayıt şirkətinə sanksiya tətbiq edildi

İslahatların yeni mərhələsi: İki qurum birləşir

Müəllimlər də vahid geyimə keçsə... - Ekspert

Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü

İlham Əliyev Niderlandın baş naziri ilə danışdı

ABŞ-İran gərginliyi ilə bağlı rəsmi Bakının mövqeyi...

Əli Əsədov Özbəkistana getdi

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla