Yuxarı

Qalmaqallı nobelçilər kimlərdir?

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qalmaqallı nobelçilər kimlərdir?

Ədəbiyyat üzrə Nobel mükafatının Peter Handkeyə verilməsi son günlər ən çox müzakirə olunan və etiraza səbəb olan məsələlərdən biridir. Hətta Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu səbəbdən Nobel Komitəsini qınayıb. Türkiyə Prezidenti bildirib ki, Nobel ədəbiyyat mükafatının dekabrın 10-u İnsan Haqları günündə Bosniyada qətliamı inkar edən, hərbi cinayətkarları müdafiə edən irqçiyə verilməsi insan haqları pozuntularını mükafatlandırmaqdan başqa bir şey deyil. Maraqlıdır, Ədəbiyyat üzrə Nobel mükafatı daha hansı qalmaqallı yazıçılara verilib?

Kult.az xəbər verir ki, bununla bağlı təhsil üzrə ekspert Etibar Əliyev maraqlı məlumat paylaşıb.

Belə ki, Portuqaliya yazıçısı, Nobel mükafatı laureatı Joze Saramaqonun 1991-ci ildə yazdığı “İsusun İncili” romanı katolik kilsəsi tərəfindən təhqir kimi qəbul edilir. Kilsənin etirazında bildirilirdi: “Bu kafir kitab tarixi həqiqətləri ələ salır, Əhdi-Cədidin əsas personajlarının xarakterini təhqir edir”. Buna baxmayaraq, əsər 25 dilə tərcümə olunur və təkcə Portuqaliyada 20 dəfə nəşr edilir.

Trinidad yazıçısı, Nobel mükafatı laureatı Naypolun islama münasibətinə görə Təhsil, Elm və Mədəniyyət üzrə İslam Təşkilatı Nobel komitəsinə məktub göndərərək ona verilən mükafatın geri alınmasını xahiş etmişdi. Məktubda qeyd edilirdi ki, Naypola belə bir nüfuzlu mükafatın verilməsi “islama qarşı fitnəkarlıqdır”.

Nobel mükafatı laureatı Orxan Pamukun 2005-ci ilin fevral ayında İsveçrənin “Das maqazin” jurnalına verdiyi müsahibə də etirazlara səbəb olmuşdu. O.Pamuk müsahibəsində türkləri qətliam törətməkdə günahlandırmışdı:

“Türkiyədə bir milyon erməni və üç yüz min kürd öldürülmüşdür. Bu haqda heç kim danışmır və mənə bu haqda danışmağa görə nifrət edirlər”. Məhz bu sözlərə görə Türkiyə hökuməti onu məhkəməyə vermişdi. Pamukun sözlərinə görə müsahibə dərc olunandan sonra o, nifrət kampaniyasının hədəfinə çevrildi və buna görə də Türkiyəni tərk etməyə məcbur oldu. Lakin Nobelə layiq görüləndən sonra o, geri qayıtdı.

Tarix
2019.12.14 / 17:34
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi

Hikmət Hacıyevin “vətən xaini” sözünə "hücum" başladı - Video

Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi

Əliyevlə Merz arasında geniş tərkibdə görüş...

Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya

Prezidentin Almaniya səfəri ilə bağlı - Video

Bakıda gizli görüş keçirilib - İlham Əliyev

Azərbaycan bizim üçün mühüm rol oynayır - Merz

Yeni qərar: bu təhsilverənlərin sertifikatlaşdırma qaydası...

Tramp münaqişəyə son qoydu, Bakı dərhal addım atdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla