Yuxarı

Nizaminin “Yeddi gözəl”i İspaniyada nəşr olundu

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nizaminin “Yeddi gözəl”i İspaniyada nəşr olundu

“Nizami Gəncəvi İli” çərçivəsində dahi şairin “Yeddi gözəl” poeması İspaniyada işıq üzü görüb.

Kult.az xəbər verir ki, ilk dəfə Madriddə 2000-ci ildə işıq üzü görmüş kitab Nizami Gəncəvini İspaniyanın oxucu auditoriyasına “fars şairi” kimi təqdim edən Ön sözlə nəşr olunmuşdu. Dövlət Tərcümə Mərkəzinin təşəbbüsü və səyləri nəticəsində əsərin müəllifinin dahi Azərbaycan şairi olduğunu təsdiqləyən elmi dəlillər və faktlar yeni nəşrə daxil edilib.

Madridin zəngin ənənəli “Mandala Ediciones” nəşriyyatında çap olunmuş kitabı tanınmış ispan mütərcimi Karmen Linares tərcümə edib, Ön sözünün müəllifi görkəmli nizamişünas-alim Rüstəm Əliyev, redaktoru ispan filoloqu Fransisko Kapilla Martindir.

Orijinal illüstrasiyalarla nəfis tərtibatda nəşr edilmiş kitabın yaxın günlərdə Madridin mərkəzi kitabxanalarına, universitet və kitab evlərinə yerləşdiriləcəyi, tanıtım və təqdimat mərasimlərində elmi-ədəbi ictimaiyyətə təqdim ediləcəyi gözlənilir.

Tarix
2021.11.24 / 16:12
Müəllif
Kult.az
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla