Yuxarı

“Türk ruhunun söz bayrağı” Ankarada…

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayevanın Faiq Ələkbərli ilə birgə yazdığı, Türkiyə türkcəsində nəşr olunan “Türk ruhunun söz bayrağı - Əhməd Cavad” kitabının Ankarada təqdimatı baş tutub.

Kult.az xəbər verir ki, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (Türkiye-Azerbaycan Dostluk ve İşbirliği Vakfı; TADİV) “Şuşa” Konqres mərkəzində baş tutan təqdimat mərasimində millət vəkili çıxış edib.

Q.Paşayeva öncə Ümummilli lider Heydər Əliyevin türk dünyasının birliyinə, tarixi şəxsiyyətlərimizin tanıdılmasına verdiyi töhfələrdən və klassik irsə yüksək həssaslıqla yanaşmasından söz açıb. O, Prezident İlham Əliyevin bu məqsədyönlü siyasəti uğurla davam etdirərək önəmli strategiya yürütdüyünü vurğulayıb və istiqlal şairi Əhməd Cavadın 130 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında Prezident Sərəncamını da bu yöndə mühüm hadisə olaraq şərh edib.

Q.Paşayeva Əhməd Cavadın Stalin repressiyasının qurbanı olduğunu vurğulayıb:

“Repressiyalar, məhdudiyyətlər şairin adını ürəklərdən silə bilmədi. O, bu gün türk dünyasını sevən könüllərdə yaşayır. O, çox əzab-əziyyət çəkdi, lakin öz idealından, milli iradədən geri durmadı. Bu gün Əhməd Cavadın ruhu şaddır.

Bu gün Əhməd Cavadın adı da, əsərləri də dillər əzbəridir. Azərbaycanın dövlət himninin sözləri Əhməd Cavada aiddir. Onun “Çırpınırdın, Qara dəniz” şeiri türk dünyasının dil əzbəridir”.

Sözlərinə davam edən Q.Paşayeva deyib:

“XX yüzilin əvvələrində Anadolu insanı Sarıqamış faciəsinin ağrı-acısını yaşayanda Əhməd Cavad Azərbaycandan yardımların toplanılıb buralarda yaşayan qardaşlarımıza çatdırılması, millətimizin səsini daha geniş duyurmaq üçün çalışırdı. Yetim qalan qız uşaqlarını uyğun ortamlı ailələrin himayəsinə verilməsində iştirak edərək, “bu qızlar bizim namusumuzdur, onları öz övladlarınızdan ayırmadan böyüdün və yetişdirin” deyirdi.

O, Azərbaycan üçün, Türkiyə üçün, türk dünyası üçün bəzən silaha, bəzən qələmə sarılırdı.

Heç təsadüfi deyil ki, Ankarada Əhməd Cavadın möhtəşəm heykəli ucaldılıb və may ayında heykəlin təntənəli açılışı oldu”.

Q.Paşayeva kitabın nəşrində əməyi keçən hər kəsə, eləcə də, ev sahibi qurumun rəhbəri Aygün xanım Attara təşəkkür edib. Komitə sədri Ankaradakı Azərbaycan Evinə dünya şöhrətli sənətkar, Azərbaycan Respublikasının xalq rəssamı Sakit Məmmədovun “Türk dünyası qadınlar tablosu” rəsmləri silsiləsindən “Azərbaycan xanımı” tablosunu hədiyyə edib.

Qeyd edək ki, Nərgiz Attarın aparıcılığı ilə keçirilən təqdimat mərasimində Türkiyə Cümhurbaşqanlığının Təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü, TADİV başqanı Aygün Attar, Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov, Türk-Yapon Fondunun başqanı Nejat Bora Sayan, Ankara Universitetinin rektoru Necdət Ünivar, İğdır Universitetinin rektoru Mehmet Haqqı Alma, Azərbaycanda fəaliyyət göstərən "UMAY - Türk dünyası Qadınlarına dəstək" İB-nin sədri Vəsilə Abulova, “UNİTY Company” şirkətinin təsisçisi Fikrət Əliyev və başqaları çıxış edib.

Təqdimatın sonunda Q.Paşayeva və Azərbaycan nümayəndə heyəti adından bütün iştirakçılara Qarabağ motivli xatirə hədiyyələri təqdim olunub.

Tarix
2022.08.15 / 22:36
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla