Yuxarı

Cəzalandırma əxlaqının əsası nədir? - Professor

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cəzalandırma əxlaqının əsası nədir? - Professor

Hüquq elmləri doktoru, professor İlham Rəhimovun Sankt-Peterburqun "Yuridiçeski sentr" nəşriyyatı tərəfindən rus dilində yeni kitabı çapdan çıxıb.

Axar.az xəbər verir ki, "Cəzanın əxlaqı haqqında" ("O nravstvennosti nakazaniya") adlanan monoqrafiya cəzanın fəlsəfi mahiyyəti haqqında müəllifin əvvəllər "Cinayət və cəza" (M., 2012), "Cinayət və cəzanın fəlsəfəsi" (SBp, 2013) kitablarında ifadə edilmiş düşüncələrinin davamıdır.

Əsərdə isbat edilir ki, hüquq elmi yalnız cəzanın formal tərifini verə bilər, bundan artığına qadir deyil. Bu fenomenin mahiyyəti haqqında mücərrəd mühakimə onun əxlaqına müdaxiləyə cəhd etmək, fəlsəfi fikrin hazırladığı kateqoriyalara daxil etmək imkanı verir. Xüsusən əgər söhbət ölüm cəzasından gedirsə, cəza əxlaqidirmi? Cəza qisas, qorxutma, psixoloji təsirdirmi? Cəzalandırma əxlaqının əsası nədir? Cəmiyyət cəza yolu ilə qarşısına qoyduğu məqsədlərə çatırmı? Müasir şəraitdə cəzadan imtina etmək mümkündürmü?

Bu əsərdə professor İ.Rəhimovun cavab verməyə çalışdığı sualların tam olmayan siyahısı belədir.

Kitab tələbələr, ali məktəblərin aspirant və müəllimləri, hüquq mühafizə orqanları əməkdaşları, cinayət hüququ sahəsində ixtisaslaşan nəzəriyyəçi və praktiklər, eləcə də filosoflar, sosioloqlar, psixoloqlar, cinayət və cəza problemləri ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Tarix
2016.01.14 / 16:40
Müəllif
Axar.az
Digər xəbərlər

Yeni ombudsman bu gün seçiləcək

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla