Yuxarı

Nobeli haqq etmiş azərbaycanlı yazıçı

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qalib gələcəkmi cahanda kamal?"

Azərbaycan ədəbiyyatının nəhəng simalarından olan Səməd Vurğunun bircə misrasına müraciət etmək kifayət edir ki, bir-birindən dəyərli fikirlər incitək sıralanaraq düşüncələrinə hakim kəsilsin...

Yuxarıda iqtibas etdiyim misradakı "kamal" sözü ilə ustad Kamal Abdullanın adı arasında paralellər, uyğunluqlar apararaq həmin ritorik sualı məxsusi şəkildə cavablandırmaq istəsəm də, şairimizin daha bir misrasının pıçıltısını eşidirəm: "Qızılı örtsə də qara torpaqlar, Yenə qiymətini özündə saxlar!" Doğrudur, Caviddən, Müşfiqdən tutmuş kommunist rejiminin son nəfəsinədək nə qədər istedadlarımız dəyərini özündə saxlasalar da, "vaxtında" qədr-qiymətini ala bilməyərək "qara torpaqlar altında" qaldılar... Amma nə xoş halımıza ki, bu gün Azərbaycanımızın azad, müstəqil günlərini görə bildik və artıq istedadlarımız dünyada tanınır...

Əslində, yazıçı Kamal Abdullanın "tanınması" tarixi lap həmin Sovet dönəmindən başlayıb. Hələ namizədlik və doktorluq dissertasiyaları ilə tanış olan elmi ictimaiyyət, ədəbiyyatşünaslıq meydanına ciddi, güclü, yeni yanaşma tərzi olan bir alimin gəldiyini qəbul etdi. Daha sonra bədii yaradıcılıq sahəsində çoxvariantlı, müxtəlif qatlarda və zamanlarda baş verən hadisələri bir süjet halında təqdim edən nəsr əsərləri onun novator yazıçı, dünya ədəbiyyatı korifeylərinin yaratdıqları əsərlər səviyyəsində, lakin Azərbaycan mühiti, milli təfəkkür meydanı daxilində təqdim edən qüdrətli bir nasir olduğunu göstərdi. Kamal Abdulla Azərbaycan ədəbiyyatı üçün yeni olan priyomları, təhkiyə tərzini o qədər milli müstəvidə təqdim edir ki, onları az qala folklor nümunəsi kimi qəbul edirsən, sanki qədim dastan, yaxud nağıl oxuyursan. Amma bu "nağıl"ların vərdiş etmədiyimiz adları olan qəhrəmanları bizə müasir, qlobal problemlərin həlli barədə çox mətləbdən söz açır...

Deyəsən, nəzərdə tutduğum niyyətdən çox uzaqlara getdim... Axı ,mən onun əsərlərindəki bədii xüsusiyyətləri açmaq iddiasından çox uzağam. Sadəcə, onu bildirmək istəyirəm ki, əsil istedad öz qiymətini mütləq alır! Bu gün Kamal Abdullanın çoxlu ölkə və beynəlxalq mükafatlar almasına adi hal kimi baxılır və məsələyə haqqın qələbəsi kimi yanaşılır. Xüsusən, "Yarımçıq əlyazma" romanına görə İtaliyada ədəbiyyat ödülünün təqdim olunması bütün ölkə üçün xoş xəbər oldu. İndi də akademik Kamal Abdullanın Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü – akademiki seçilməsi ədəbiyyat adamlarını bir daha istedadın təntənəsiylə tanış etdi. Zənnimcə, Kamal Abdullanın belə uğurları hələ davam edəcək...

Bildiyimiz kimi, beynəlxalq aləmdə ən nüfuzlu ədəbiyyat ödülü Nobel mükafatıdır. Mayası Azərbaycan neftindən qaynaqlanan bu mükafatı türkiyəli yazıçı Orxan Pamuk alanda həm qürur duyduq, həm də, açığını desəm, bir az qısqanclıq keçirdik. Məgər bizdə buna layiq yazıçı yoxdur?..

Bəli, var! Hazırda bu yolda məhz akademik Kamal Abdulla inamla irəliləyir. Mükafatın prosedurunu təsəvvür belə edə bilməsəm də, qalib gəlmiş əsərləri oxuduqca, onları Kamal Abdullanın əsərləri ilə müqayisə etdikcə bu fikir bir daha möhkəmlənir.

Nobel mükafatını çoxdan haqq etmiş böyük yazıçı, alim, dövlət xadimi, akademik Kamal Abdulla bu mükafatı da alandan sonra yazımın əvvəlində Səməd Vurğundan misal gətirdiyim misradakı "kamal" sözünü böyük hərflə yazaraq, Azərbaycanı dünyaya fəxrlə təqdim edəcəyimiz günü görmək arzusuyla!..

Tarix
2016.05.09 / 13:45
Müəllif
Şəhla Aslan
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla