Yuxarı

57 ölkənin sərt bəyanatı günü Təl-Əviv hücuma keçdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
57 ölkənin sərt bəyanatı günü Təl-Əviv hücuma keçdi

Qətərin paytaxtı Dohada 22-si ərəb ölkəsi olmaqla, 57 müsəlman dövləti İslam Əməkdaşlıq Təşkilatı-Ərəb Liqasının Fövqəladə Zirvə Toplantısında birləşərək, İsrailin ünvanına sərt çıxışlar etdilər. Dohadan səslən haylı-küylü bəyanatların əks-sədası çəkilməmiş İsrail ordusu Qəzza üzərinə hücuma başladı. Üstəlik İsrail bunu Çin və Qətəri təhdid edərək gerçəkləşdirir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Xaqani Cəfərli qeyd edib.

“57 islam dövlətinin fövqəladə toplantısından bir neçə saat sonra İsrailin Qəzzaya hücuma başlaması islam aləminin nə qədər dişsiz olduğunu göstərir.

Digər diqqət çəkən bir məqam İsrailin Qəzzaya hücumunun ABŞ Dövlət katibi Marko Rubionin Təl-Əvivə gəlişinə təsadüf etməsidir. “Axios” nəşrinin məlumatına görə, Rubio ABŞ-ın İsrailin Qəzzaya hücumunu dəstəklədiyini, ancaq əməliyyatın qısa zamanda tamamlanmasını istədiyini bildirib”, - o vurğulayıb.

Ekspert qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatı-Ərəb Liqasının Fövqəladə Zirvə Toplantısında iştirak etməməsi çox doğru addımdır:

“Azərbaycan daha çox ABŞ-la imzalanacaq Strateji Tərəfdaşlıq Xartiyasına, bu xartiyanın üzərində “Xəzər asayişi” Alyansının yaradılmasına, Böyük Britaniya ilə strateji tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətləri strateji müttəfiq səviyyəsinə çatdırmaq üçün çalışmalıdır”.

Tarix
2025.09.16 / 10:37
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

İrəvan üçün Moskva yox, Bakı ilə münasibətlər... - Mehrabyan

Mirzoyandan sülh sazişi ilə bağlı açıqlama

Nikol sülhü uzadır, Bakının cavabı ağır olacaq

Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin!

Ermənistanda TRİPP-lə bağlı işlərə başlanıldı - Foto

Ermənistan çobanı Azərbaycana qaytarır

Ərdoğanın Əliyevə zənginin şifrələri...

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla