Yuxarı

Erməni konsul azərbaycanlı sevgilisindən bu qədər pul alırmış

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni konsul azərbaycanlı sevgilisindən bu qədər pul alırmış

Ermənistanda dövlətə xəyanətdə təqsirləndirilən Xarici İşlər Nazirliyinin əməkdaşı Aşxen Aleksanyanın işi üzrə ibtidai istintaq tamamlanaraq məhkəməyə göndərilib.

Axar.az Unikal-a istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsi məlumat yayıb.

Xatırladaq ki, iyunun 20-də Milli Təhlükəsizlik Xidmətindən (MTX) daxil olmuş məlumat əsasında İstintaq Komitəsinin Dövlət əleyhinə Cinayətlərə Dair İşlər üzrə İstintaq Baş İdarəsi, Konstitusiya quruluşunun əsasları və ictimai təhlükəsizliyin təmin edilməsində Ermənistan Respublikasının Xarici İşlər Nazirliyinin əməkdaşının cinayət işi üzrə Cinayət Məcəlləsinin 418-ci maddəsinin 1-ci hissəsi və 424-cü maddəsinin 1-ci hissəsi ilə (xarici dövlətin nümayəndəsinin dövlət sirrini ehtiva edən məlumatlarla tanış olmasına şərait yaratmaqla, düşmənçilik fəaliyyətinin həyata keçirilməsinə köməklik göstərməklə) cinayət işi başlanıb.

İddiaya görə, MTX müəyyən edib ki, Ermənistanın Vyanadakı konsulu Aşxen Aleksanyan uzun müddətdir ki, Azərbaycan xüsusi xidmət orqanları tərəfindən işə götürülüb.

Belə ki, o, Adəm adlı bir oğlanla tanış olub. Guya konsul onun azərbaycanlı olduğunu bilməyib. O özünü ABŞ-də doğulmuş və Avstriyada yaşayan yəhudi iş adamı kimi təqdim edib, ingilis və alman dillərində danışaraq ünsiyyət qurublar.

Daha sonra o, məlumatları qarşı tərəfə ötürüb. Bu müddət ərzində Aşxen ayda 3500 avro nağd pul alıb.

Tarix
2025.10.03 / 12:15
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə Naxçıvan sazişi ilə bağlı bəyanat yaydı

Bu, azərbaycanlılara qarşı ədalətsizlikdir – BMT rəsmisi

Ərsin Tatar Azərbaycana gəlir

Prezidentdən Danimarka səfəri ilə bağlı paylaşım - Foto

Paşinyanın təyyarəsi ilə Qarabağa silah daşınıb - Təsdiq

Putin Trampa cavaba cəsarət etmədi, “NATO” dedi...

Bakı ilə buna nail olduq: Rusiya üzdə tərifləyir, amma...

Bu seçkilər milli qurtuluşa aparan yolun başlanğıcıdır

İlham Əliyev onlara məktub göndərdi

"Vətənə xəyanət" işi: DTX tərəfindən izlənilmək qorxusu...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla