Yuxarı

"Bayraqdar Teknoloji Azərbaycan" PUA istehsalına başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Bayraqdar Teknoloji Azərbaycan" PUA istehsalına başladı

Türkiyənin "Baykar Makina" şirkətinin yerli törəməsi "Bayraqdar Teknoloji Azərbaycan" MMC pilotsuz uçuş aparatlarının (PUA) istehsalına başlayıb.

Axar.az Report-a istinadən xəbər verir ki, müəssisə istehsalı İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Sənaye Parkında həyata keçirir.

Məhsullar hələ ki, daxili bazar üçün nəzərdə tutulub.

Qeyd edək ki, "Bayraqdar Teknoloji Azərbaycan"a Sumqayıt Sənaye Parkının rezidenti statusu bu ilin may ayında verilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti " Bayraqdar Teknoloji Azərbaycan"ı 2022-ci ildə dövlət qeydiyyatına alıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Zərifə Əliyeva küçəsi, 115, nizamnamə kapitalı 1,7 milyon manat, qanuni təmsilçisi isə Türkiyənin "Baykar Makina" şirkətinin sahə koordinatoru Hüseyn Topuzdur.

"Baykar Makina" " Bayraqdar" PUA-larının istehsalı ilə məşğuldur. Azərbaycan ordusunun 2020-ci ildəki Vətən Müharibəsində geniş tətbiq etdiyi bu PUA-ların yaradıcısı Selçuk Bayraktardır. O, həm də "Baykar Savunma" şirkətinin texniki direktorudur.

Tarix
2025.10.03 / 13:25
Müəllif
Axar.az
Digər xəbərlər

Overçuk Azərbaycana gəlir: Mühüm üçtərəfli görüş...

Türkiyə Naxçıvan sazişi ilə bağlı bəyanat yaydı

Bu, azərbaycanlılara qarşı ədalətsizlikdir – BMT rəsmisi

Ərsin Tatar Azərbaycana gəlir

Prezidentdən Danimarka səfəri ilə bağlı paylaşım - Foto

Paşinyanın təyyarəsi ilə Qarabağa silah daşınıb - Təsdiq

Erməni konsul azərbaycanlı sevgilisindən bu qədər pul alırmış

Putin Trampa cavaba cəsarət etmədi, “NATO” dedi...

Bakı ilə buna nail olduq: Rusiya üzdə tərifləyir, amma...

Bu seçkilər milli qurtuluşa aparan yolun başlanğıcıdır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla