Yuxarı

Qacar şahının səs yazısı yayıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qacar şahının səs yazısı yayıldı

İranda ilk dəfə Qacar şahı Müzəffərəddin şahın səsi lentə alınıb.

Axar.az xəbər verir ki, bu haqda İran mediası məlumat yayıb.

Yayılan səs yazısında Müzəffərəddin şah Qacar həmin dövrdə baş nazir vəzifəsini yerinə yetirən Mirzə Əli Əsgər Ətabəkin xidmətlərini təqdir edir.

“Sizin 40 illik, xüsusən son 4 ildə baş nazir kimi göstərdiyiniz xidmətlərinizi təqdir edirəm. Bu xidmətlərin mükafatını alacaqsınız. Sizin xidmətləriniz Allah və onun yer üzündəki kölgəsi olan mənim tərəfimdən yüksək qiymətləndirilir”, - səs yazısında Müzəffərəddin şah deyir.

Qeyd edək ki, Müzəffərəddin şah Nəsirəddin şah oğlu 25 mart 1853-cü ildə Təbriz şəhərində anadan olub. Saray təlim-tərbiyəsi alan şah 1861-ci ildə Cənubi Azərbaycan əyalətinin valisi olub. Atasının qətlindən sonra 1896-cı ildə Qacar imperiyasının şahlıq taxtına əyləşib.

O, 1907-ci ildə vəfat edib.

Tarix
2025.10.03 / 14:25
Müəllif
Axar.az
Digər xəbərlər

Overçuk Azərbaycana gəlir: Mühüm üçtərəfli görüş...

Türkiyə Naxçıvan sazişi ilə bağlı bəyanat yaydı

Bu, azərbaycanlılara qarşı ədalətsizlikdir – BMT rəsmisi

Ərsin Tatar Azərbaycana gəlir

Prezidentdən Danimarka səfəri ilə bağlı paylaşım - Foto

Paşinyanın təyyarəsi ilə Qarabağa silah daşınıb - Təsdiq

Erməni konsul azərbaycanlı sevgilisindən bu qədər pul alırmış

Putin Trampa cavaba cəsarət etmədi, “NATO” dedi...

Bakı ilə buna nail olduq: Rusiya üzdə tərifləyir, amma...

Bu seçkilər milli qurtuluşa aparan yolun başlanğıcıdır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla