Yuxarı

Yaxın üç gündə temperatur yüksələcək - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yaxın üç gündə temperatur yüksələcək - Rəsmi

Yaxın üç gün ərzində Azərbaycan ərazisində havanın temperaturunun yüksəlməsi müşahidə olunacaq.

Axar.az xəbər verir ki, bu barədə Azərtac-a Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

Onun sözlərinə görə, oktyabrın 4-də, 5-də və 6-da ölkə ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə ediləcək:

“Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Mülayim cənub-şərq küləyi oktyabrın 5-i gündüz arabir güclənəcək. Havanın maksimal temperaturu 20-25 dərəcə isti olacaq. Bölgələrdə əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu Aran rayonlarında 20-25, dağlıq ərazilərdə isə 11-16 dərəcə isti olacaq. Yaxın günlər ərzində hava şəraitində mühüm bir dəyişiklik gözlənilmir”, - deyə o qeyd edib.

G.Məmmədova bildirib ki, yaxın günlərdə müşahidə olunacaq hava şəraiti oktyabr ayı üçün spesifikdir:

“Belə istilər əvvəllər də müşahidə edilib, oktyabr ayında isti hava şəraiti mövcud olub. Ümumiyyətlə oktyabr ayı keçid ayıdır. Yay fəslinin sonu, payız fəslinin başlanğıcıdır. Bu zaman hava şəraitində həm isti, həm də soyuq hava şəraiti müşahidə olunur. Ümumiyyətlə oktyabr ayı soyuq hava şəraiti kimi xarakterizə olunur. Buna kəskin istiləşmə demək olmaz, sadəcə temperaturun yüksəlməsi müşahidə olunacaq. Bu gün havanın temperaturu 21 dərəcədirsə, yaxın üç gündə 25 dərəcə olacaq”, - deyə o vurğulayıb.

Tarix
2025.10.03 / 16:02
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla