Yuxarı

Ev almaq istəyənlərin diqqətinə: Bu tarixləri gözləyin!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ev almaq istəyənlərin diqqətinə: Bu tarixləri gözləyin!

Hazırda əmlak bazarındakı vəziyyət və qiymətlər ev almaq istəyənləri fikrə salır. Mənzil almaq üçün indi düzgün vaxtdır, yoxsa gözləmək daha sərfəlidir?

Axar.az xəbər verir ki, bu barədə Yeni Sabah-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, mənzil əgər şəxsi istifadə üçündürsə, investisiya məqsədli deyilsə, istənilən anda bazarı təhlil edib müvafiq qərarları qəbul edib mənzil almaq olar:

“Daha uyğun olan dövr noyabr, fevral aylarıdır ki, həmin dövlərdə müəyyən mənada digər dövrlərə nisbətən bazarda aktivlik o qədər də olmur. Bir də təbii ki, yay aylarında, xüsusilə də avqusta qədər olan dövrü əsas qeyd etmək olar. Məsələn, bu ilin bazarında biz bunu görə bildik, kifayət qədər aktivlik olmadığı üçün bazarda bu və digər araşdırma nəticəsində ucuz mənzillər əldə etmək olar”.

V.Oruc vurğulayıb ki, tendensiya ümumi olaraq qiymət artımıdır və qiymət artımı ilboyu devam edir:

“Gözləməyə gəlincə isə, gözləmək təbii ki, 2-4 ay, təqribən 3 ay müddətində bazarı araşdırıb, həmin araşdırmanın nəticəsinə uygun qərarlar qəbul etmək daha məqsədəuyğundur. Bir də təbii ki, müvafiq sahə ilə məşğul olan ya qiymətləndirici, ya rieltor, ya konsaltinq şirkətlərinə müraciət etmək daha əlverişlidir. Dünya praktikası bunu sübut edir ki, bir çox hallarda insanların özü bu istiqamətdə qərar qəbul edəndə peşəkarlıq olmadığı üçün səhv, yanlış qərarlar qəbul edir”.

Tarix
2026.08.17 / 23:35
Müəllif
Axar.az
Digər xəbərlər

Tarixi foto: Kozinoğlu Elçibəylə birgə... - Foto

Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır

“Qurdlar Vadisi”nin ssenaristləri 2,5 saat ifadə verdilər

"Sülh Körpüsü" erməni mediasının bu mövqeyini pislədi

İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı

Bakıda 12 yaşlı uşaq "Roblox"a görə binadan özünü atdı

Ermənistanı Aİİ-dən çıxarmaq mümkün deyil - Rubinyan

İlham Əliyev Nəhyanla görüşdü, sənədlər imzalandı

Tiktokda ödəniş sistemlərini təqlid edən saytlar aşkarlandı

DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker həbs olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla