Yuxarı

"Azəriqaz" rəsmisindən tariflərlə bağlı açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Azəriqaz" rəsmisindən tariflərlə bağlı açıqlama

Tənzimlənən iqtisadi şəraitdə qiymət siyasətinə həm iqtisadi, həm də sosial amillər təsir göstərir.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktorunun strategiya və dayanıqlılıq üzrə müavini Təbriz Əmmayev Bakıda keçirilən II Milli Rəqabət Forumu çərçivəsində "Təbii inhisarların tənzimlənməsi: Rəqabət və ictimai maraqlar" mövzusunda panel müzakirəsində bildirib.

"Tariflər hər zaman bazar reallığını tam əks etdirmir. Liberal iqtisadiyyata keçid zamanı isə çevik qiymət siyasəti tətbiq olunur ki, bu da uzun müddət sabit tariflərə öyrəşmiş biznes subyektləri üçün müəyyən adaptasiya dövrü tələb edəcək", - deyə o qeyd edib.

T. Əmmayevin sözlərinə görə, təbii inhisarçıların qarşısında duran əsas məsələlərdən biri sosial öhdəliklər və ictimai maraqlardır:

"Sosial öhdəliklər təsərrüfat subyektlərinin real xərclərini artıra və investisiya imkanlarını məhdudlaşdıra bilər. Amma biz sosial öhdəliklərə xərc kimi baxmırıq. Bu, ictimai etimadın formalaşdırılması və ictimai mənafelərin qorunması baxımından önəmli həlqədir".

Tarix
2025.10.03 / 15:24
Müəllif
Axar.az
Digər xəbərlər

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla