Yuxarı

9 il əvvəlki hadisələr yaşana bilər - Elşad Miridən şok

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
9 il əvvəlki hadisələr yaşana bilər - Elşad Miridən şok

Əməkdar artist Cabir İmanovun və ya Tahir İmanovun hansı məzhəb və ya dini hərəkatın üzvü olduğunu bilmirəm. Amma Türkiyədə olduğu kimi, Azərbaycanda da FETÖ təhlükəsi (9 il əvvəl hərbi çevrilişə cəhd etmiş təşkilat – red.) ilə yanaşı, sələfilik təhlükəsi də mövcuddur.

Axar.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a ilahiyyatçı Elşad Miri deyib.

Onun sözlərinə görə, insanlar arasında belə fikir formalaşıb ki, saqqallı, topuqdan yuxarı şalvar geyinən şəxslər sələfi və ya vəhhabi ola bilər:

“Lakin bu, həqiqəti əks etdirmir. Çünki bu gün həmin əqidənin üzvləri saqqalsız və müasir formada geyinir, yalnız yaxın çevrələri onun vəhhabi olduğunu bilir. Onlar müəyyən qurumlarda çalışır, söz sahibidirlər. O məclisdə fəaliyyətlərini müşahidə etmək mümkündür. Başqa qurumlarda da onların fəaliyyəti barədə məlumat əldə etmək olur. Mən şəxsən mövzu ilə bağlı çıxışımdan sonra üzləşdiyim reaksiyalardan bunun şahidi oldum”.

E.Miri qeyd edib ki, məzhəbçilik dövlət qurumlarında da müşahidə olunur:

“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində belə hallara rast gəlmək mümkündür. Orada çalışan şəxslərdən soruşsanız ki, namaz qılmayan, baş örtməyən, oruc tutmayan və ya zina edən şəxslər haqda hökm nədir, verdikləri cavablar məzhəblərin təlimindən kənara çıxmır. Bu məsələni düzgün analiz, təhlil etmək və üzərində işləmək lazımdır. Dediyim kimi, sələfilik məsələsi artıq saqqal və bığla, topuqdan yuxarı şalvarla bağlı deyil, tamamilə fərqli bir təkamülə malikdir. Allah Quranda buyurur ki, Allahın ipindən möhkəm yapışın və firqələrə bölünməyin. Məzhəbçilik və təriqətlərə bölünmək böyük günahdır. Təəssüf ki, Azərbaycanda bu sahə ilə məşğul olanların çoxu müəyyən məzhəbin üzvüdür və bu vəziyyət geniş yayılıb”.

Tarix
2025.10.07 / 11:39
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın namizədi BMT-nin bu komitəsinin üzvü seçildi

Azərbaycan nümayəndələri Kabildə beynəlxalq görüşdə...

Almaniya ümid edir ki, Əliyev bu il Berlinə gələcək – Səfir

Ermənistana 490 ton buğda göndərildi

İsrail ABŞ-İran razılaşmasına qarşı çıxdı

İsrail, İran, ABŞ, ərəblər - narazıdır: Bu, nə razılaşmadır?

Ərdoğan Azərbaycanı təbrik etdi

Suriyalı nazir Azərbaycanla münasibətlərdən danışdı

Türkiyə MN Azərbaycanı təbrik etdi - Foto

Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla