Yuxarı

Kolleclərə boş qalan yerlərə qəbulun nəticələri elan olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kolleclərə boş qalan yerlərə qəbulun nəticələri elan olundu

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub.

Axar.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, abituriyentlər müsabiqənin nəticələri barədə məlumatı DİM-in internet saytından, eləcə də “iş nömrəsi"ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u bütün mobil operator nömrələrindən 7727-yə göndərməklə öyrənə bilərlər.

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 2393 abituriyent ixtisas seçimi edib. Müsabiqə nəticəsində 1818 nəfər orta ixtisas təhsili müəssisələrinə qəbul olunub.

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların siyahısı ilə “Abituriyent” jurnalının xüsusi buraxılışında tanış ola bilərsiniz. Jurnalın elektron versiyası (pdf formatında) günün sonunadək bu platformada yerləşdiriləcək və bu saytda ödəniş etməklə əldə etmək mümkün olacaq.

Qəbul olunanların qeydiyyatı yalnız bu portal üzərindən həyata keçirilir. Bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti “mygov” platformasında istifadəyə verilib. Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı 30 sentyabr saat 15:00-dan 5 oktyabr saat 18:00-dək davam edəcək.

Qəbul olunan şəxslər qeydiyyat üçün əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın “Xidmətlər” bölməsinin “Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçid etməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali və ya orta ixtisas müəssisəsinə göndərilməyəcək.

Tarix
2026.09.28 / 18:20
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla