Yuxarı

Bakı Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM - Orta Dəhliz) boyunca yerləşən 16 ən prioritet və genişmiqyaslı infrastruktur layihəsinin ümumi dəyəri 25,1 milyard ABŞ dollarına çatır.

Axar.az xəbər verir ki, bu barədə Report Dünya Bankının "İnteqrasiya: Transxəzər nəqliyyat marşrutu boyu yüksək səviyyəli ticarət logistikası" adlı hesabatına istinadən məlumat yayıb.

Bununla belə, dəmir yolu sektorunun payına 22,5 milyard ABŞ dolları düşür.

Qeyd olunan 16 layihənin təxminən 75%-i (bu da ümumi xərclərin 85 %-nə uyğundur) artıq həyata keçirilmə mərhələsinə qədəm qoyub və ya tezliklə işə salınmaq üçün hazırlıq mərhələsindədir. Ən genişmiqyaslı təşəbbüslərə aşağıdakılar aiddir: İstanbulda Bosfor boğazı üzərindən yerüstü dəmir yolu keçidi (8,28 milyard ABŞ dolları, həyata keçirilir), Özbəkistan-Qırğızıstan-Çin dəmir yolunun inşası (4,7 milyard ABŞ dolları, həyata keçirilir), Ermənistanın cənub ərazisindən keçməklə Azərbaycan və Türkiyə arasında dəmir yolu əlaqəsi (2,7 milyard ABŞ dolları), Divriği-Qars-Gürcüstan sərhədi dəmir yolu xəttinin modernləşdirilməsi (1,6 milyard ABŞ dolları, həyata keçirilir), Moyıntı-Qızılorda/Qırğızıstan (1,4 milyard ABŞ dolları, həyata keçirilir) və sərhəd buraxılış məntəqəsi ilə birgə Baxtı-Ayaqoz dəmir yolu xətlərinin çəkilməsi (1,2 milyard ABŞ dolları, həyata keçirilir), Gürcüstanda Anakliya limanının tikintisi (1,2 milyard ABŞ dolları, həyata keçirilir), eləcə də Bakı (500 milyon ABŞ dolları) və Aktau (310 milyon ABŞ dolları) limanlarının imkanlarının genişləndirilməsi.

Beləliklə, Orta Dəhlizin 16 əsas layihəsi arasında Azərbaycanın birbaşa iştirak etdiyi ümumi dəyəri 3,2 milyard ABŞ dolları olan ən vacib infrastruktur təşəbbüsləri yer alır.

"Baxmayaraq ki, Ermənistan hazırda TBNM-i qəbul edən ölkələr sırasında deyil, onun 2030-cu illərdə marşrutla birbaşa fiziki bağlantılar quracağı ehtimal olunur. Hesabatın analitik üfüqünün 2023-2040-cı illəri əhatə etdiyini nəzərə alaraq, Ermənistan aparılan hesablamalara daxil edilib", - Dünya Bankı qeyd edib.

Tarix
2026.09.28 / 17:30
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 il və daha uzun müddətə bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla