Yuxarı

Putin Əliyevin bütün tələblərini qəbul etdi!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin Əliyevin bütün tələblərini qəbul etdi!

Rusiya AZAL-ın vurulan təyyarəsi ilə bağlı Azərbaycanın bütün tələblərini qəbul edib.

Düşənbə görüşündə Əliyevlə görüşən Putin AZAL-ın təyyarəsinin vurlmasına görə başsağlığını bir daha çatdırdı və hadisə baş verdiyi vaxt üzr istədiyini xatırlatdı. Hadisə ilə bağlı araşdırmanın yaxın vaxtda başa çatacağını deyən Putin diqqəti “kənar müdaxilə” üzərinə yönəltməyə çalışdı. Bu, məsuliyyəti müəyyən qədər də olsa, bölüşdürmək məqsədi daşıyır.

Putin bildirdi ki, Rusiyanın hava məkanına müdaxilələr olub və Hərbi Hava Qüvvələri buna qarşı atəş açıb. AZAL-ın təyyarəsi hədəf kimi seçilməsə də, atəş açılan vaxt qəlpələrə tuş gəlib.

Azərbaycan da qəza baş verən ilk gündən bu mövqedən çıxış edirdi: Rusiya AZAL-ın təyyarəsini hədəf olaraq seçməyib, lakin HHQ-nin səhvləri nəticəsində böyük faciə baş verdi və buna görə Moskva Bakının üç haqlı tələbini qəbul etməlidir.

1. Baş verənlərə görə Azərbaycandan üzr istənilməli;

2. Kompensasiya ödənilməli;

3. Günahkarlar cəzalandırılmalıdır;

Putinin hadisə baş verən vaxt Əliyevlə telefon danışığında üzr istəməsi ilə birinci tələb yerinə yetirilsə də, Moskva digər iki tələbə məhəl qoymamaq siyasəti sərgiləyirdi. Buna paralel olaraq, tələblərindən geri çəkilməsi üçün informasiya və siyasi müstəvidə Bakıya təzyiqlər edildi. Hərçənd, Əliyev bütün təzyiqlərə baxmayaraq, ilk gündə sərgilədiyi mövqeyindən geri çəkilmədi. Və nəhayət, Azərbaycanın iki tələbinin – kompensasiya ödənilməsi və günahkarların cəzalandırılması, icra ediləcəyi Əliyevlə görüşdə birbaşa Putin tərəfindən qəbul olundu.

Bu nəticənin əldə edilməsində Əliyevin prinsipial mövqeyi həlledici amil oldu.

Tarix
2025.10.09 / 17:16
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Səfirdən Azərbaycan barədə: Bunu heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

Kərki Azərbaycana qaytarılır - Müzakirələr qızışır

Pakistanda azərbaycanlı qadına təcavüz edildi

Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə...

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla